CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Görünməmiş hadisə: Qaynata kürəkəninə aşiq oldu

Qaynatasının sevgi mesajlarından bezən gənc polisə müraciət etməli olub
Sputnik

BAKI, 6 aprel — Sputnik. Türkiyədə qaynata öz kürəkəninə aşiq olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, qaynata aşiq olduğu kürəkəninə sevgi mesajları yazaraq onu nəqədər sevdiyini dəfələrlə bəyan edib. Sevgisinə qarşılıq ala bilməyən qaynata 3 yaşlı nəvəsini öz oyunun qurbanına çevirib. Polis kürəkənin iddiasına əsasən, qaynata üçün "Uşağın cinsi istismarı və cinsi zorakılıq" maddəsi ilə cinayət işi açılıb. Cinayət işinə qaynatanın kürəkəninə yazdığı mesajlar da əlavə edilib.

Qaynata "səni sevdim. İnsan həyatda bir dəfə sevir, ikincisi olmaz. Sevdim səni mən, hələ də sevirəm" formasında çox sayda sevgi mesajları yazıb. Bu, Türkiyədə və dünya tarixində baş verən ilk maraqlı sevgi tarixçəsi kimi qeydə alınıb. 

Dünyanın ən yalqız quşunun inanılmaz sevgi hekayəsi - VİDEO

Məlumata görə, M. K. ilə E. K 2012–ci ildə ailə həyatı qurub. Cütlüyün bir qızı dünayaya gəlib. Ancaq bir müddət sonra cütlük arasında problemlər yaranmağa başlayıb. İddiaya görə, elə bu dövrdə qaynata Yaşar İ. öz kürəkənini sevməyə başlayıb.

Ailədə problemlər yaşayan gənc qadın övladını da götürərək ərinin sevgilisi olan atasının evinə qayıdıb. Bir müddət sonra cütlük boşanma qərarına gəlib.

Ancaq qaynatasının sevgi mesajlarından bezən gənc polisə müraciət etməli olur.

Bundan əsəbləşən qaynata kürəkəninə "Sənə haqqımı halal etmirəm. Ömrün boyunca sevgiyə möhtac yaşa. Allah şahiddir ki, 24 fevral 2012-ci ildən bu günə qədər sənə xəyanət etməmişəm".

Məlumata görə, bundan sonra qayanata kürəkənindən acıq çıxmaq üçün nəvəsi ilə yarıçılpaq şəkil çəkdirərək sosial şəbəkədə yerləşdirib. Kürəkən həmin məlumatları da toplayaraq polisə müraciət edib. 

Dünya çempionu: "Mənə sevgi etirafları olmur"

Qızın məhkəmədə verdiyi açıqlamaya görə, həyat yoldaşı ondan boşanmamaq üçün qaynatasına şər atıb. Onun atası nəvəsinə qarşı heç bir zaman cinsi istismar və ya zorakılıq etməyib: "Həmin şəkil yoldaşım tərəfindən çəkilib. 2015-ci ildə atam xəstə idi. Yataqda olduğu üçün qızımı da yanına qoymuşdum. Belə vəziyyətdə yoldaşım onun şəklini çəkib".

Hazırda qaynatanın 18 il azadlıqdan məhrum edilməsi tələb edilir.