İDMAN

Azərbaycanlılardan Ukraynada böyük uğur

Milli yığma komandamız 3 qızıl, 1 gümüş və 6 bürünc medalla vətənə dönüb
Sputnik

BAKI, 19 mart — Sputnik. Taekvando üzrə "Ukraine Open" beynəlxalq turnirinə yekun vurulub. Sputnik Azərbaycan Taekvando Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, böyüklərdən ibarət milli yığma komandamız yarışın son günü də uğura imza atıb.

Beşqat dünya çempionumuzdan maraqlı xəbər

Komandamızın yeddi üzvü fəxri kürsüyə qalxıb. Belə ki, qadın taekvondoçularımızdan Fəridə Əzizova (-67 kq) və Patimat Abakarova (-53 kq) yarışı qızıl medalla başa vurub. Radik İsaev (+87 kq) isə həlledici döyüşdə məğlub olaraq gümüş medalla kifayətlənib. Millinin digər üzvlərindən Məhəmməd Məmmədov (-68 kq), Ramin Əzizov (-87 kq), Rufina Əlizadə (-53 kq) və Elvarə Cəlilova (+73 kq) bürünc medal qazanıblar.

Xatırladaq ki, Ukraynanın Xarkov şəhərinin "Lokomotiv" idman sarayında keçirilən "Ukraine Open" turnirin ilk günü Qaşım Maqomedov (-58 kq) yarışın qalibi, Məcid Sofiyev (-54 kq) və Şəms Həsənova (-62 kq) isə bürünc medala sahib olmuşdular. 23 idmançı ilə G1 kateqoriyalı yarışa qatılan böyüklərdən ibarət milli yığma komandamız 3 qızıl, 1 gümüş və 6 bürünc medalla vətənə dönüb.