BAKI, 16 mart — Sputnik. Futbol üzrə Çempionlar Liqası və Avropa Liqasının püşkü atılıb.
Sputnik Azərbaycan xəbər verir ki, püşkatma mərasimi Fransanın Nyon şəhərində keçirilib.
Çempionlar Liqasında 1/4 finalında cütlüklər belə formalaşıb:
"Liverpul” (İngiltərə) — "Mançester Siti” (İngiltərə)
"Sevilya” (İspaniya) — "Bavariya” (Almaniya)
"Barselona” (İspaniya) — "Roma” (İtaliya)
"Yuventus” (İtaliya) — "Real Madrid” (İspaniya)
Avropa Liqasında isə 1/4 finalda bu komandalar üz-üzə gələcəklər:
"Latsio” (İtaliya) — "Zalsburq” (Avstriya)
"Leyptsiq” (Almaniya) — "Marsel” (Fransa)
"Atletiko” (İspaniya) — "Sportinq” (Portuqaliya)
"Arsenal” (İngiltərə) — MOİK (Moskva, Rusiya)
ÇL-də ilk oyunlar 3-4 apreldə, cavab oyunları 10-11 apreldə, AL-də isə ilk oyunlar aprelin 5-də, cavab oyunlar aprelin 12-də keçiriləcək.