CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Olimpiadada virus həyəcanı: SOS verildi

Olimpiadada iştirak edən heç bir idmançı bu virusa tutulmayıb
Sputnik

BAKI, 14 fevral — Sputnik. Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunlarında həyəcanlı anlar yaşanır. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, Olimpiadanın təşkilatçıları bildirib ki, ölkənin bəzi yerlərində virus aşkarlanıb. Hətta son günlər daha 17 nəfər virusa tutulub.

Olimpiadada Azərbaycanı təmsil edəcək yeganə idmançı: O, kimdir?

Səlahiyyətli şəxslər açıqlama verərək bildirib ki, Pxençxan kəndində 8, Granqneunq kəndində 9 nəfər bu virusa tutulub.

Qeyd edək ki, virusa tutulan 194 nəfərin 147-sinin sağaldığı və karantindən çıxdığı bildirilir. 47 nəfər isə hələ də karantində saxlanılır. Bildirilir ki, Olimpiadada iştirak edən heç bir idmançı bu virusa tutulmayıb.