RUSİYA

Həmyerlimizi Rusiyada faciəvi ölümə sürükləyən "əcəl ssenarisi"

"Qardaşımın biznesmen idi, kriminal aləmlə heç bir əlaqəsi olmayıb"
Sputnik

İlham Mustafa, Ramella İbrahimxəlilova, Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 12 fevral — Sputnik. Rusiyada baş verən təyyarə qəzasında ölən Yevlax rayon sakini Namiq Qəhrəmanovun yaxınları onun cəsədinin gətirilməsi üçün Rusiyaya gediblər. Bu haqda Sputnik Azərbaycan-a mərhumun qardaşı Mübariz Qəhrəmanov məlumat verib.

Moskvada içində 71 nəfər olan təyyarə qəzaya uğrayıb - VİDEO

Mərhumun qardaşı, həmçinin N.Qəhrəmanovun heç bir kriminal aləmlə əlaqəsi olmadığını, əsasən uşaqlar üçün paltar istehsal edən tekstil sexinin rəhbəri olduğunu bildirib. Onun sözlərinə görə, 1971-ci il təvəllüdlü qardaşı yeniyetmə yaşlarından Rusiyada yaşayıb və hər şeyə öz zəhməti bahasına nail olub.

Hazırda M.Qəhrəmanov digər qardaşlarının Namiqin cənazəsini gətirmək üçün Rusiyaya yollandıqlarını, lakin cənazənin Azərbaycana nə vaxt gətiriləcəyi barədə hələlik heç bir məlumat verə bilməyəcəyini deyib.

Qeyd edək ki, Namiq Qəhrəmanov öz dayısı qızı ilə evli olub. Bir qız, iki oğul övladı qalıb.

Orskdakı tikiş fabrikinin işçiləri əmək haqlarını ala bilməyiblər, çünki bunu onlara verəcək şəxs, fabrikin sahibi, 1971-ci il təvəllüdlü Qəhrəmanov Namiq Hidayət oğlu dünən "Saratov hava yolları" (Saratov Airlines) şirkətinə məxsus 703 saylı Moskva — Orsk reysi üzrə uçan "An-148" təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.

Bu barədə isə Sputnik Azərbaycan-a Namiq Qəhrəmanovun digər qardaşı, Yexlax rayon sakini Natiq Qəhrəmanov məlumat verib. Namiq Qəhrəmanov Yevlax rayonunun Qarxun kəndində anadan olub. O, çoxuşaqlı ailədə böyüyüb. Onlar altı qardaş olublar (Məhəmməd, Natiq, Mübariz, İsrail, Həbib və Namiq) və Namiq qardaşların ən kiçiyi imiş.

Təyyarə qəzasında ölən azərbaycanlı ilə bağlı rəsmi açıqlama

Rayon sakinləri Qəhrəmanovlar ailəsini sakit, mülayim ailə kimi tanıyırlar. Yalnız İsrafil Qəhrəmanov əvvəllər məhkum olub və cəzasını başa vurduqdan sonra daimi yaşamaq üçün Moskvaya gedib. Namiq Qəhrəmanov özü inanclı insan olub və daim ehtiyacı olanlara yardım əlini uzadıb.

Natiq Qəhrəmanovun sözlərinə görə, Namiq Moskvada yaşamasına baxmayaraq, tez-tez Yevlaxa gəlirmiş, çünki ailəsi burada yaşayırmış. Sonuncu dəfə o, bir ay bundan əvvəl Azərbaycanda olub.

Qəhrəmanov Moskvada Türkiyədən gətirdiyi uşaq geyimləri ticarəti ilə, buna paralel olaraq da Orskda geyimlərin istehsalı ilə məşğul olurmuş. Bazar günü Qəhrəmanov Moskvadan Orska fabrikin işçilərinin əmək haqlarını vermək üçün uçurmuş.

"O, tez-tez Orska gedirdi və tez-tez maşından istifadə edirdi. Nadir hallarda təyyarə ilə uçurdu. Həmin gün qar yağdığı üçün təyyarə ilə uçmağa üstünlük verib. Fikirləşib ki, maşınla getsə, yolda qala bilər", – deyə qardaşı bildirib.

Artıq qardaşlardan Həbib Qəhrəmanov Namiqin cəsədinin Azərbaycana gətirilməsi üçün müvafiq işləri yerinə yetirmək məqsədilə Moskvaya uçub. Amma Natiq Qəhrəmanovun dediyinə görə, hələlik meyitlər tapılmayıb: "Həmin ərazi qapadılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə işləyirlər".

Şəhərin dörd tərəfində matəmdir, hər kəs "ölüm siyahısı"nda öz əzizinin adını axtarır

"An-148 sərnişin təyyarəsinin qəzaya uğraması dəhşətli faciədir". Bunu da Sputnik Azərbaycan-a Orskdakı Azərbaycan icmasının rəhbəri Çingiz Bayraməliyev deyib. O qeyd edib ki, baş vermiş hadisəni sözlərlə izah etmək mümkün deyil.

"Mən bu aviaqəzada həlak olanların demək olar ki, yarısı ilə tanış idim. Kimisi ilə bir yerdə işləmişdik, kimisi ilə də sadəcə tanışlığımız vardı" – deyə o bildirib.

Bayraməliyev qeyd edib ki, Orskdakı Azərbaycan diasporunun nümayəndələri qəzada həlak olanların qohumlarına yardım etməyə hazırdırlar. Həmsöhbətimiz sözügedən aviaqəzada həlak olan Azərbaycan vətəndaşı Namiq Qəhrəmanov barədə də danışıb. Onun sözlərinə görə, mərhum çox yaxşı insan idi. Ailəsini Azərbaycanda qoyub qazanc dalınca Rusiyaya gəlmişdi.

"O, çox işgüzar və xeyirxah insan idi", – deyə diaspor nümayəndəsi bildirib.

Bayraməliyev onu da diqqətə çatdırıb ki, diaspor mütləq Qəhrəmanovlar ailəsinə yardım edəcək. Onun sözlərinə görə, diaspor mərhumun qalıqlarının Azərbaycana göndərilməsinə də yardım edəcək, hansı ki, hazırda bu barədə danışmaq çətindir.

"Biz qalıqların göndərilməsinə kömək etməyə hazırıq. Amma söhbət ondadır ki, bu gün bu barədə danışmaq çətindir. Xilasedicilər qalıqların axtarışı üzrə iş aparır. Amma hələlik konkret bir nəticə yoxdur. Biz də çox istəyərdik ki, Qəhrəmanov necə lazımdırsa, eləcə də dəfn edilsin", – deyə həmsöhbətimiz bildirib.

Qeyd edək ki, "Saratov airlines" şirkətinə məxsus "An-148" təyyarəsi fevralın 11-də Domodedovo aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub, onların hamısı ölüb. Ölənlərdən biri Azərbaycan vətəndaşı Namiq Qəhrəmanovdur.