İDMAN

Karatenin "brilyantı" məğlub oldu

Dünya şöhrətli karateçimiz yaponiyalı idmançı Ken Nişimura finalda məğlub olub
Sputnik

BAKI, 29 yanvar — Sputnik. Fransada "Kiçik dünya çempionatı" adlandırılan yarışda karate üzrə milli komandamız özünü sınayır. Sputnik Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli komandanın lideri Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə Premyer Liqa turnirində ikinci yeri tutub. Dünya şöhrətli karateçimiz yaponiyalı idmançı Ken Nişimura ilə həlledici görüşün son saniyələrində qələbəni əldən verib.

Milli Karate Federasiyası söz-söhbətə son qoydu

Yeni qaydalara əsasən, medal yalnız yarışın qaliblərinə təqdim olunub. Görüşlərini qələbə ilə başa vuran idmançılarımız dünya reytinq cədvəlində xallarını artırıblar. "Kiçik dünya çempionatı" adlandırılan Paris Premyer Liqasında 81 ökədən 756 idmançı mübarizə aparıb.

Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə yeddi yarışlıq nüfuzlu Premyer Liqa seriyasından növbəti turniri 16-18 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.

30 yanvarda Bakıya dönən Azərbaycan karateçiləri yarışa hazırlıqları davam etdirəcəklər.