İDMAN

Azan səsini eşidən ingilis hakim oyunu dayandırdı

Azanın bitməsindən sonra oyunu yenidən başladan ingilis hakim azarkeşlər tərəfindən ayaqda alqışlanıb
Sputnik

BAKI, 26 yanvar — Sputnik. Dünyanın ən yaxşı hakimlərindən biri olan Mark Klattenburq Səudiyyə Ərəbistanında idarə etdiyi matçda maraqlı qərar verib.

Sputnik Azərbaycan "A24"ə istinadən xəbər verir ki, "Əl-Fəiha" və "Əl-Fateh" klubları arasındakı Səudiyyə Ərəbistanı Kral Kuboku uğrunda oyunu idarə edən Klattenburq azan səsini eşitdiyi an oyunu dayandırıb.

Azanın bitməsindən sonra oyunu yenidən başladan ingilis hakim azərkeşlər tərəfindən ayaqda alqışlanıb.

Qeyd edək ki, bir neçə il öncə Klattenburq Premyer Liqanı tərk edərək Səudiyyə Ərəbistanı Liqasına transfer olmuşdu.