https://sputnik.az/20250130/rusiya-vetendaslarinin-nece-faizi-qerbi-ebedi-olaraq-dusmen-hesab-edir-470295464.html
Rusiya vətəndaşlarının neçə faizi Qərbi "əbədi olaraq düşmən" hesab edir?
Rusiya vətəndaşlarının neçə faizi Qərbi "əbədi olaraq düşmən" hesab edir?
Sputnik Azərbaycan
Qərbi "Rusiyanın əbədi düşməni" olduğunu hesab edən Rusiya vətəndaşlarının sayı təxminən 2,5 dəfə artıb. 30.01.2025, Sputnik Azərbaycan
2025-01-30T22:13+0400
2025-01-30T22:13+0400
2025-01-30T22:13+0400
rusiya
qərb
düşmən
respondent
https://cdnn1.img.sputnik.az/img/07e8/02/11/462700522_0:0:3074:1730_1920x0_80_0_0_c139d6eaec8d920d9720f1b863644b16.jpg.webp
BAKI, 30 yanvar — Sputnik. Sorğuda iştirak edən rusiyalıların təxminən 32%-i Qərbin "Rusiyanın əbədi düşməni" olduğunu düşünür. Bunu "TASS"da keçirilən mətbuat konfransında təqdim olunan məlumatlar sübut edir. Agentliyin məlumatına görə, 2000-ci ildən bəri Qərbi "əbədi olaraq düşmən" hesab edən Rusiya vətəndaşlarının sayı təxminən 2,5 dəfə artıb. Monitorinq sosioloji tədqiqatlar 2020-2024-cü illər arasında Rusiya Elmlər Akademiyasının Federal Elmi-Tədqiqat Sosioloji Mərkəzinin sosiologiya İnstitutu tərəfindən aparılıb. Təqdim olunan məlumatlara əsasən, rusiyalıların 32%-i "Qərbin Rusiyanın əbədi düşməni" olduğunu əminliklə bildiriblər. 2000-ci ildə bu fikirdə olanlar isə yalnız 13% təşkil edib. Həmçinin keçirilən digər sorğuda, rusiyalıların 52%-i Rusiyanın "öz ağlı ilə yaşamalı və öz yolu ilə getməlidir" fikrini ifadə edib. Bundan əlavə, ölkənin rifahı üçün güclü şəxsiyyətin olmasını zəruri şərt hesab edən respondentlərin sayı 33%-ə qədər artıb. Bundan əvvəl, "Rambler&Co" media holdinqinin və "Samokat" onlayn pərakəndə satış şirkətinin analitikləri birgə araşdırma apararaq müəyyən ediblər ki, rusiyalıların yarıdan çoxu, yəni 86%-i 2025-ci il üçün özlərinə dəqiq hədəflər qoyublar. Respondentlərin 15%-i özlərinə daha çox diqqət yetirməyə, 14%-i yaxınları ilə daha çox vaxt keçirməyə, digər 10% isə səyahət etməyə qərar verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/11/462700522_0:0:2732:2048_1920x0_80_0_0_17f79882ec921abe4b576be503fcdc02.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qərb, düşmən, respondent
Rusiya vətəndaşlarının neçə faizi Qərbi "əbədi olaraq düşmən" hesab edir?
Qərbi "Rusiyanın əbədi düşməni" olduğunu hesab edən Rusiya vətəndaşlarının sayı təxminən 2,5 dəfə artıb.
BAKI, 30 yanvar — Sputnik. Sorğuda iştirak edən rusiyalıların təxminən 32%-i Qərbin "Rusiyanın əbədi düşməni" olduğunu düşünür.
Bunu "TASS"da keçirilən mətbuat konfransında təqdim olunan məlumatlar sübut edir.
Agentliyin məlumatına görə, 2000-ci ildən bəri Qərbi "əbədi olaraq düşmən" hesab edən Rusiya vətəndaşlarının sayı təxminən 2,5 dəfə artıb. Monitorinq sosioloji tədqiqatlar 2020-2024-cü illər arasında Rusiya Elmlər Akademiyasının Federal Elmi-Tədqiqat Sosioloji Mərkəzinin sosiologiya İnstitutu tərəfindən aparılıb.
Təqdim olunan məlumatlara əsasən, rusiyalıların 32%-i "Qərbin Rusiyanın əbədi düşməni" olduğunu əminliklə bildiriblər. 2000-ci ildə bu fikirdə olanlar isə yalnız 13% təşkil edib.
Həmçinin keçirilən digər sorğuda, rusiyalıların 52%-i Rusiyanın "öz ağlı ilə yaşamalı və öz yolu ilə getməlidir" fikrini ifadə edib. Bundan əlavə, ölkənin rifahı üçün güclü şəxsiyyətin olmasını zəruri şərt hesab edən respondentlərin sayı 33%-ə qədər artıb.
Bundan əvvəl, "Rambler&Co" media holdinqinin və "Samokat" onlayn pərakəndə satış şirkətinin analitikləri birgə araşdırma apararaq müəyyən ediblər ki, rusiyalıların yarıdan çoxu, yəni 86%-i 2025-ci il üçün özlərinə dəqiq hədəflər qoyublar. Respondentlərin 15%-i özlərinə daha çox diqqət yetirməyə, 14%-i yaxınları ilə daha çox vaxt keçirməyə, digər 10% isə səyahət etməyə qərar verib.