Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinə sui-qəsd cəhdinin müzakirəsi belə nüvə müharibəsinə səbəb ola bilər - Volodin

© Sputnik / Александр Казаков / POOL / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin, arxiv
Rusiya Prezidenti Vladimir Putin, arxiv - Sputnik Azərbaycan, 1920, 30.01.2025
Abunə olmaq
Rusiya Dövlət Dumasının spikeri deyib ki, dövlət başçısının qətlinin təşkilinin müzakirəsi cinayətdir.
BAKI, 30 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsd cəhdinin müzakirəsi beynəlxalq dövlət terrorizmi aktı kimi qiymətləndirilir, çünki bu, nüvə müharibəsinə səbəb ola bilər.
Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
"Rusiya Federasiyası Prezidentini fiziki cəhətdən aradan qaldırmaq məsələsinin müzakirəsi beynəlxalq dövlət terrorizmi aktı kimi qiymətləndirilə bilər. Dövlət başçısının qətlinin təşkilinin müzakirəsi cinayətdir", deputat söyləyib.
Volodin vurğulayıb ki, ABŞ-ın sabiq Prezidenti Co Bayden və onun keçmiş dövlət katibi Entoni Blinkenin amerikalı jurnalist Taker Karlsonun sözlərinə heç bir reaksiya verməməsi onların "günahlarının sübutu və məsuliyyətdən yayınmaq niyyəti" kimi qiymətləndirilə bilər.
Deputat bir daha qeyd edib ki, ölkə prezidentinə qarşı sui-qəsdin təşkilinin müzakirəsi "qlobal təhlükəsizliyə ciddi təhlükə yaradır və dünyada nüvə müharibəsinə gətirib çıxara bilər".
Qeyd edək ki, bu yaxınlarda Karlson həmkarı Mett Taibbi ilə müsahibəsində Bayden administrasiyası və onun ətrafındakıların Vladimir Putini öldürmək cəhdindən danışıb.
Amerikalı jurnalist Blinkeni Moskva ilə Vaşinqton arasında müharibənin yaranmasını yaxınlaşdırmağa çalışmaqda ittiham edib. Karlson bildirib ki, ABŞ-ı idrak qabiliyyətini itirən Baydenin əvəzinə dövlət katibi idarə edib.
Xəbər lenti
0