Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya öz qazını Avropaya satmaqda maraqlıdır - Peskov

© Sputnik / Сергей Бобылев / Mediabanka keçidRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 28.01.2025
Abunə olmaq
Kreml qeyd edib ki, Rusiya qazı avropalı istehlakçılar üçün sərfəlidir.
BAKI, 28 yanvar — Sputnik. Rusiya Avropaya qaz nəqlinin davam etdirilməsində maraqlıdır, çünki bu, hər iki tərəf üçün faydalıdır.
Bunu prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində deyib.
"Bu ticarətdir. Rusiya bu ticarəti davam etdirməkdə maraqlıdır", Kremlin sözçüsü əminliklə bildirib.
Peskov qeyd edib ki, Macarıstan bu yaxınlarda Kiyevin mövqeyi ilə bağlı müəyyən şərtlər irəli sürüb və yəqin ki, danışıqlar prosesini bərpa etmək üçün Brüsseldən zəmanət alıb. Kreml vəziyyətin inkişafını diqqətlə izləyəcək.
Diplomat həmçinin əlavə edib ki, Rusiya qazı ABŞ qazı ilə rəqabətədavamlı olaraq qalır və avropalı istehlakçılar üçün sərfəlidir.
Xatırladaq ki, Avropa İttifaqı (Aİ) tranzitin dayandırılmasından sonra milyonlar xərcləyərək rekord sürətlə Rusiya qazını alır. "ICIS" analitik şirkətinin enerji analitikası şöbəsinin müdiri Andreas Şröder isə bildirib ki, Norveçin neft və qaz tədarükünün azaldılması Rusiyanın yeni bir yüksəliş dövrünün başlanğıcıdır.
Xəbər lenti
0