https://sputnik.az/20250127/tokio-rusiya-ile-sulh-muqavilesi-baglamaq-isteyir---siba-470189291.html
Tokio Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir - İsiba
Tokio Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir - İsiba
Sputnik Azərbaycan
Nazir qeyd edib ki, Yaponiya və Rusiya münasibətləri çətin dövrdən keçir. 27.01.2025, Sputnik Azərbaycan
2025-01-27T17:38+0400
2025-01-27T17:38+0400
2025-01-27T17:38+0400
yaponiya
rusiya
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rusiya xarici işlər nazirliyi
tokio
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/04/467876898_0:94:3072:1822_1920x0_80_0_0_9b54f743675804829d4f8c2761e60cd2.jpg.webp
BAKI, 27 yanvar - Sputnik. Tokio ikitərəfli münasibətlərdəki çətinliklərə baxmayaraq, ərazi məsələsinin həlli və Rusiya ilə sülh müqaviləsi imzalanması istiqamətində mövqeyinə sadiq qalır. Bu barədə Rusiya mediası Yaponiyanın Baş naziri Siqeru İsibaya istinadən xəbər verib. İsiba qeyd edib ki, Yaponiya və Rusiya münasibətləri çətin dövrdən keçir, lakin Yaponiya öz mövqeyinə sadiq qalır. O, parlamentdə əvvəlki çıxışlarında söylədiyi sözləri təkrarlayıb. Bənzər bir mövqeyi bu yaxınlarda əvvəlki Baş nazir Fumio Kisida da bildirib. "Ölkəmiz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması istiqamətində mövqeyini davam etdirəcək", İsiba fikrini yekunlaşdırıb. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib ki, Rusiya tərəfinin dəfələrlə vurğuladığı kimi, Yaponiya ilə tam hüquqlu dövlətlərarası dialoq yalnız Tokionun rəsmi dairələri Rusiya və onun vətəndaşlarının maraqlarını pozmağa yönəlmiş mövqedən imtina edərsə mümkündür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/04/467876898_171:0:2902:2048_1920x0_80_0_0_919cc8a438cd5518e5fb179b50934bff.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yaponiya, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, rusiya xarici işlər nazirliyi, tokio
yaponiya, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, rusiya xarici işlər nazirliyi, tokio
Tokio Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir - İsiba
Nazir qeyd edib ki, Yaponiya və Rusiya münasibətləri çətin dövrdən keçir.
BAKI, 27 yanvar - Sputnik. Tokio ikitərəfli münasibətlərdəki çətinliklərə baxmayaraq, ərazi məsələsinin həlli və Rusiya ilə sülh müqaviləsi imzalanması istiqamətində mövqeyinə sadiq qalır.
Bu barədə Rusiya mediası Yaponiyanın Baş naziri Siqeru İsibaya istinadən xəbər verib.
İsiba qeyd edib ki, Yaponiya və Rusiya münasibətləri çətin dövrdən keçir, lakin Yaponiya öz mövqeyinə sadiq qalır. O, parlamentdə əvvəlki çıxışlarında söylədiyi sözləri təkrarlayıb. Bənzər bir mövqeyi bu yaxınlarda əvvəlki Baş nazir Fumio Kisida da bildirib.
"Ölkəmiz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması istiqamətində mövqeyini davam etdirəcək", İsiba fikrini yekunlaşdırıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib ki, Rusiya tərəfinin dəfələrlə vurğuladığı kimi, Yaponiya ilə tam hüquqlu dövlətlərarası dialoq yalnız Tokionun rəsmi dairələri Rusiya və onun vətəndaşlarının maraqlarını pozmağa yönəlmiş mövqedən imtina edərsə mümkündür.