Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Polşa baş naziri ukraynalı qaçqınlara sosial müavinətlərin məhdudlaşmasını dəstəkləyir

© Sputnik / Alexey Vitvitskiy / Mediabanka keçidDonald Tusk
Donald Tusk  - Sputnik Azərbaycan, 1920, 26.01.2025
Abunə olmaq
Hazırda bütün valideynlər, o cümlədən ukraynalı qaçqınlar 18 yaşına çatmamış hər uşaq üçün aylıq 800 zlot (təxminən 190 avro) müavinət alırlar.
BAKI, 26 yanvar — Sputnik. Polşanın baş naziri Donald Tusk ukraynalı qaçqınlara sosial ödənişlərin məhdudlaşdırılması təklifini dəstəkləyib. Bu barədə o, sosial şəbəkədəki səhifəsində yazıb.
Donald Tusk partiya yoldaşı, prezidentliyə namizəd Rafal Tşaskovskinin uşaq müavinətinin yalnız ölkədə rəsmi işləyən və vergi ödəyən ukraynalı qaçqınlara verilməsi təşəbbüsü ilə razılaşdığını bildirib.
Hazırda bütün valideynlər, o cümlədən ukraynalı qaçqınlar 18 yaşına çatmamış hər uşaq üçün aylıq 800 zlot (təxminən 190 avro) müavinət alırlar.
Xatırladaq ki, bundan əvvəl Norveçdəki ukraynalı qaçqınların yalnız 10%-nin münaqişə bitdikdən sonra vətənlərinə qayıtmaq arzusunu ifadə etdiyi bildirilirdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0