Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Əyani təhsil alan tələbələrin hamiləlik müavinətləri artırılacaq

© Getty Images / miljkoHamilə qadın, arxiv
Hamilə qadın, arxiv - Sputnik Azərbaycan, 1920, 26.01.2025
Abunə olmaq
Qanun layihəsinin Dövlət Dumasına yaz sessiyasında təqdim ediləcəyi planlaşdırılır.
BAKI, 26 yanvar — Sputnik. Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi əyani təhsil alan tələbələr və aspirantlar üçün hamiləlik və doğuş müavinətlərinin regional yaşayış minimumu səviyyəsinə qədər artırılması ilə bağlı qanun layihəsi hazırlayıb.
Bu barədə "RİA Novosti" agentliyi Rusiya Federasiyasının əmək və sosial müdafiə naziri Anton Kotyakovun sözlərinə istinadən xəbər verib.

"Prezidentin tapşırığı ilə Rusiya və Sosial Müdafiə Nazirliyi operativ olaraq universitetlərin, kolleclərin və texnikumların əyani şöbələrində təhsil alan tələbə və aspirantlara hamiləlik və doğuş müavinətlərinin artırılması ilə bağlı qanun layihəsi hazırlayıb. Qanun layihəsinin Dövlət Dumasına yaz sessiyasında təqdim ediləcəyi planlaşdırılır", - nazir jurnalistlərə bildirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qanun qəbul edildikdən sonra əyani təhsil alan tələbə və aspirantların hamiləlik və doğuş müavinətləri yaşayış minimumu əsasında hesablanacaq. Hazırda müavinətlər tələbənin təqaüdü ilə müəyyən edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0