https://sputnik.az/20250123/rusiyaya-qarsi-qeyri-dost-hereketlerin-neticesi-olacaq-470169179.html
Rusiyaya qarşı qeyri-dost hərəkətlərin nəticəsi olacaq - Dmitri Peskov
Rusiyaya qarşı qeyri-dost hərəkətlərin nəticəsi olacaq - Dmitri Peskov
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Amerika Birləşmiş Ştatları Ukraynaya kömək etməklə pul qazanır. 23.01.2025, Sputnik Azərbaycan
2025-01-23T15:44+0400
2025-01-23T15:44+0400
2025-01-23T15:46+0400
rusiya
rusiya
avropa
abş
peskov
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446836928_0:160:3072:1888_1920x0_80_0_0_d8eac546afa53aab50604418ae9b1ed7.jpg.webp
BAKI, 23 yanvar — Sputnik. Rusiya iqtisadiyyatının təhlükəsizlik marjası ona təkcə hərbi və sosial ehtiyacları ödəməyə deyil, həm də bir sıra ödənişləri indeksləşdirməyə imkan verir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Peskov Qərbin sanksiyaları barədə danışarkən Rusiyaya qarşı qeyri-dost hərəkətlərin nəticələri olacaq deyib. Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Amerika Birləşmiş Ştatları Ukraynaya kömək etməklə pul qazanır. "ABŞ Ukraynaya yardım etməklə, bahalı enerji resurslarını avropalılara satmaqla, pulun böyük hissəsini, məsələn, peyklərinə verməməklə pul qazanır. Ordu üçün öz ölkəsində sifarişlər verir", Peskov qeyd edib.. Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Putin türkiyəli həmkarı ilə hələlik telefon danışığı planlaşdırmır, lakin Ərdoğanla əlaqə bir neçə saat ərzində razılaşdırıla bilər. Onun sözlərinə görə, bu gün heç bir Qərbi Avropa ölkəsi daxili işlərinə müdaxilə olunması təhlükəsindən uzaq deyil. Bundan əvvəl Slovakiyanın baş naziri Robert Fitso Gürcüstanda və Ukraynadakı Maydanda baş verən hadisələrdə iştirak edən bir qrup xarici ekspertin ölkədə mövcud hakimiyyəti devirmək məqsədi ilə respublikada fəaliyyət göstərdiyini bildirmişdi. Serbiya prezidenti Aleksandr Vuçiç də bildirib ki, Qərbdən gələn xarici agentlər tələbələr və digər etirazçıların köməyi ilə Serbiyada rəngli inqilab təşkil etməyə çalışırlar. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_7facba604f8a804b74050162d66d26af.jpg.webp
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_7facba604f8a804b74050162d66d26af.jpg.webp
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446836928_172:0:2901:2047_1920x0_80_0_0_fe03b8bdb75b3e523f2673aa990e8ac5.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_7facba604f8a804b74050162d66d26af.jpg.webp
rusiya, avropa, abş, peskov
rusiya, avropa, abş, peskov
Rusiyaya qarşı qeyri-dost hərəkətlərin nəticəsi olacaq - Dmitri Peskov
15:44 23.01.2025 (Yenilənib: 15:46 23.01.2025) Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Amerika Birləşmiş Ştatları Ukraynaya kömək etməklə pul qazanır.
BAKI, 23 yanvar — Sputnik. Rusiya iqtisadiyyatının təhlükəsizlik marjası ona təkcə hərbi və sosial ehtiyacları ödəməyə deyil, həm də bir sıra ödənişləri indeksləşdirməyə imkan verir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov Qərbin sanksiyaları barədə danışarkən Rusiyaya qarşı qeyri-dost hərəkətlərin nəticələri olacaq deyib.
"Bir daha vurğulamaq istərdim ki, Rusiya Federasiyasına qarşı qeyri-dost hərəkətlər onları qəbul edənlər üçün nəticələr verməməyə bilməz", – Peskov bildirib.
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Amerika Birləşmiş Ştatları Ukraynaya kömək etməklə pul qazanır.
"ABŞ Ukraynaya yardım etməklə, bahalı enerji resurslarını avropalılara satmaqla, pulun böyük hissəsini, məsələn, peyklərinə verməməklə pul qazanır. Ordu üçün öz ölkəsində sifarişlər verir", Peskov qeyd edib..
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Putin türkiyəli həmkarı ilə hələlik telefon danışığı planlaşdırmır, lakin Ərdoğanla əlaqə bir neçə saat ərzində razılaşdırıla bilər.
Onun sözlərinə görə, bu gün heç bir Qərbi Avropa ölkəsi daxili işlərinə müdaxilə olunması təhlükəsindən uzaq deyil.
Bundan əvvəl Slovakiyanın baş naziri Robert Fitso Gürcüstanda və Ukraynadakı Maydanda baş verən hadisələrdə iştirak edən bir qrup xarici ekspertin ölkədə mövcud hakimiyyəti devirmək məqsədi ilə respublikada fəaliyyət göstərdiyini bildirmişdi. Serbiya prezidenti Aleksandr Vuçiç də bildirib ki, Qərbdən gələn xarici agentlər tələbələr və digər etirazçıların köməyi ilə Serbiyada rəngli inqilab təşkil etməyə çalışırlar.
"Təbii ki, bu ölkələrin bir çoxu, hətta Avropanın ən böyük ölkələri bu cür kifayət qədər aqressiv müdaxilənin nümunələri ilə yaxın vaxtlarda qarşılaşıblar. Lakin digər məsələ odur ki, bəzi ölkələr bu cür müdaxilələrə qarşı qətiyyətli tədbirlər görür, bəzi ölkələr isə səbirlə bütün təhqirlərə dözməyə üstünlük verirlər", - Peskov jurnalistlərə bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.