https://sputnik.az/20250120/qerb-iqtisadi-problemlere-gore-rusiya-ile-barismaga-mecbur-olacaq-470089737.html
Qərb iqtisadi problemlərə görə Rusiya ilə barışmağa məcbur olacaq
Qərb iqtisadi problemlərə görə Rusiya ilə barışmağa məcbur olacaq
Sputnik Azərbaycan
Avropa Rusiya ilə dost olmaq istəyir, eyni zamanda ABŞ-dan asılıdır. 20.01.2025, Sputnik Azərbaycan
2025-01-20T09:30+0400
2025-01-20T09:30+0400
2025-01-20T10:39+0400
rusiya
london
böyük britaniya
qərb
leopard
pavel şeremet
https://cdnn1.img.sputnik.az/img/07e6/04/12/441189443_0:36:3336:1913_1920x0_80_0_0_b7158468170a1645a56ec117e88b0acf.jpg.webp
BAKI, 20 yanvar - Sputnik. Qərb Avropa ölkələrindəki ağır iqtisadi vəziyyətə görə Rusiya ilə sülh bağlamağa məcburdur.Bu barədə “aif.ru” ilə söhbətində Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik məlumat verib.Bir müddət əvvəl Rusiya Federasiya Şurasının senatoru Andrey Klimov Qərbin Rusiyaya münasibətinin dəyişdiyini bildirmişdi. Onun sözlərinə görə, bunun kəmiyyət sübutu var. O qeyd edib ki, bəzi avropalı siyasətçilərin mövqelərində nəzərəçarpacaq dəyişiklik olub, onlar rasional mülahizələrə əsaslanaraq, Rusiya ilə əməkdaşlığın faydalarını xatırladırlar.“Avropa yoxsullaşıb, çünki ABŞ bütün sənayeni ələ keçirib. Avropa hazırda asılı vəziyyətə düşüb, daha heç kim ondan heç nə soruşmur. Avropa ölkələri bunu anlamağa başlayıblar və az-çox müstəqilliyə bənzəyən bir şey əldə etməyə çalışırlar. Avropa Rusiya ilə dost olmaq istəyir, eyni zamanda ABŞ-dan asılıdır. Hamısı iqtisadi vəziyyətə bağlıdır. O, Rusiyaya münasibətini dəyişməyə məcburdur. Avropa bu ukraynalı vampirin silah və pul tələbləri ilə sıxışdırılır. Amma Avropa ilə Rusiya arasında söhbət çətin olacaq. Heç kim Ukraynaya gətirilən “Storm Shadow” raketlərini və “Leopard” tanklarını unutmayacaq” - mənbə nəşrə bildirib.Bundan əvvəl Rusiyanın Londondakı səfirliyi Böyük Britaniyanın yeni anti-Rusiya sanksiyalarının onun öz əhalisinin rifahına ciddi ziyan vuracağını bildirmişdi.Dövlət Dumasının deputatı Mixail Şeremet bəyan edib ki, qarşıdan gələn 2025-ci il beynəlxalq münasibətlərin yenidən canlanması ili olacaq. O qeyd edib ki, Qərb hegemonluğuna müqavimət göstərmək məqsədi ilə ölkələrin Rusiya ətrafında birləşməsi prosesi güclənəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_bf5e79488e7463bd92132c9d0bad7752.png.webp
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_bf5e79488e7463bd92132c9d0bad7752.png.webp
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/12/441189443_191:0:2922:2048_1920x0_80_0_0_5ec38f20be4885518db1916629a9cfcb.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_bf5e79488e7463bd92132c9d0bad7752.png.webp
london, böyük britaniya, qərb, leopard, pavel şeremet
london, böyük britaniya, qərb, leopard, pavel şeremet
Qərb iqtisadi problemlərə görə Rusiya ilə barışmağa məcbur olacaq
09:30 20.01.2025 (Yenilənib: 10:39 20.01.2025) Avropa Rusiya ilə dost olmaq istəyir, eyni zamanda ABŞ-dan asılıdır.
BAKI, 20 yanvar - Sputnik. Qərb Avropa ölkələrindəki ağır iqtisadi vəziyyətə görə Rusiya ilə sülh bağlamağa məcburdur.
Bu barədə “aif.ru” ilə söhbətində Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik məlumat verib.
Bir müddət əvvəl Rusiya Federasiya Şurasının senatoru Andrey Klimov Qərbin Rusiyaya münasibətinin dəyişdiyini bildirmişdi. Onun sözlərinə görə, bunun kəmiyyət sübutu var. O qeyd edib ki, bəzi avropalı siyasətçilərin mövqelərində nəzərəçarpacaq dəyişiklik olub, onlar rasional mülahizələrə əsaslanaraq, Rusiya ilə əməkdaşlığın faydalarını xatırladırlar.
“Avropa yoxsullaşıb, çünki ABŞ bütün sənayeni ələ keçirib. Avropa hazırda asılı vəziyyətə düşüb, daha heç kim ondan heç nə soruşmur. Avropa ölkələri bunu anlamağa başlayıblar və az-çox müstəqilliyə bənzəyən bir şey əldə etməyə çalışırlar. Avropa Rusiya ilə dost olmaq istəyir, eyni zamanda ABŞ-dan asılıdır. Hamısı iqtisadi vəziyyətə bağlıdır. O, Rusiyaya münasibətini dəyişməyə məcburdur. Avropa bu ukraynalı vampirin silah və pul tələbləri ilə sıxışdırılır. Amma Avropa ilə Rusiya arasında söhbət çətin olacaq. Heç kim Ukraynaya gətirilən “Storm Shadow” raketlərini və “Leopard” tanklarını unutmayacaq” - mənbə nəşrə bildirib.
Bundan əvvəl Rusiyanın Londondakı səfirliyi Böyük Britaniyanın yeni anti-Rusiya sanksiyalarının onun öz əhalisinin rifahına ciddi ziyan vuracağını bildirmişdi.
Dövlət Dumasının deputatı Mixail Şeremet bəyan edib ki, qarşıdan gələn 2025-ci il beynəlxalq münasibətlərin yenidən canlanması ili olacaq. O qeyd edib ki, Qərb hegemonluğuna müqavimət göstərmək məqsədi ilə ölkələrin Rusiya ətrafında birləşməsi prosesi güclənəcək.