Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ilə saziş Yaxın Şərqdə təhlükəsizliyə təsir göstərəcək - Kazem Cəlali

© AP Photo / Baderkhan AhmadRusiya hərbçiləri
Rusiya hərbçiləri - Sputnik Azərbaycan, 1920, 17.01.2025
Abunə olmaq
Biz və Rusiya bütün imkanlarımızı birləşdirmişik və regionda sabitlik və təhlükəsizlik üçün bundan sonra da buna davam edəcəyik.
BAKI, 17 yanvar — Sputnik. Rusiya və İran arasında hərtərəfli strateji əməkdaşlıq haqqında saziş iki ölkənin Yaxın Şərqdə təhlükəsizlik sahəsində əməkdaşlığına təsir göstərəcək. Bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali RİA Novosti-yə bildirib.
"Bu, şübhəsiz ki, əməkdaşlığımıza öz təsirini göstərəcək. Çünki İran regionda güclü və nüfuzlu ölkədir, Rusiya isə böyük və güclü ölkədir. Ona görə də təbiidir ki, biz və Rusiya bütün imkanlarımızı birləşdirmişik və regionda sabitlik və təhlükəsizlik üçün bundan sonra da buna davam edəcəyik. Regiondankənar qüvvələr Yaxın Şərqdə özlərini təhlükəsizliyə cavabdeh hesab edirlər, lakin sabitliyin pozulmasına səbəb olan özləridir. Çünki onlar öz mənfəətləri üçün hərəkət edirlər və region üçün nəyin xeyirli olduğuna əhəmiyyət vermirlər. Bu saziş dünyanın birqütblülüyünə qarşı mübarizə, onun çoxqütblülüyünün qorunması, regional və beynəlxalq səviyyədə əməkdaşlığa imkan verir", - səfir bildirib.
Kremlin mətbuat xidmətinin məlumatına görə, yanvarın 17-də Rusiya Federasiyası və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında danışıqlar keçiriləcək, liderlər ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini, aktual regional və beynəlxalq məsələləri müzakirə etmək niyyətindədirlər. Bundan əlavə, danışıqların yekununda prezidentlər Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayacaq və mətbuata açıqlamalar verəcəklər. Yeni saziş hələ 2001-ci ildə Moskvada imzalanmış münasibətlərin əsasları və əməkdaşlıq prinsipləri haqqında ölkələr arasında hazırda qüvvədə olan sənədi əvəz etmək üçün nəzərdə tutulub.
İranın Moskvadakı səfiri Kazem Cəlalinin sözlərinə görə, ərazi bütövlüyünə hörmətlə bağlı bəndin yer aldığı saziş 47 maddə və müqəddimədən ibarətdir və iki ölkə arasında balanslaşdırılmış əməkdaşlığı təmin etmək üçün həyata keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0