Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İran və Rusiya arasındakı saziş ikitərəfli münasibətlərə təkan verəcək - Pezeşkian

© Sputnik / Александр АстафьевMəsud Pezeşkian
Məsud Pezeşkian - Sputnik Azərbaycan, 1920, 17.01.2025
Abunə olmaq
İran lideri qeyd edib ki, Moskva və Tehran atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı razılaşmaları bu gün yekunlaşdıra bilər.
BAKI, 17 yanvar — Sputnik. İran və Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq haqqında sazişinin imzalanması ikitərəfli münasibətlərin inkişafına təkan verəcək.
Bunu İran Prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə görüşdə deyib.

"Mən əminəm ki, bu gün, iki ölkənin fəaliyyətinin bütün sahələrini, o cümlədən mədəniyyəti, iqtisadiyyatı və humanitar əlaqələri əhatə edən əsas sazişimiz imzalandıqdan sonra bu, ikitərəfli münasibətlərin inkişafına böyük təkan verəcək və gələcək inkişaf üçün möhkəm təməl olacaq", - Peseşkian bildirib.

İran lideri qeyd edib ki, Moskva və Tehran atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı razılaşmaları bu gün yekunlaşdıra bilər.
"Atom elektrik stansiyasının tikintisi ilə bağlı razılaşmalarımız çox yaxşı xəbərdir. Düşünürəm ki, bu xəbərlər bu sahədə bizim razılaşmalarımızı yekunlaşdıra bilərlər", - Pezeşkian deyib.
Qeyd edək ki, 2017-ci ilin martında "Rosatom" Dövlət Korporasiyası ilə İranın Atom Enerjisi Təşkilatı arasında nüvə materiallarının daşınması sahəsində Anlaşma Memorandumu imzalanıb.
İki ölkənin ən böyük birgə layihəsi İranda "Buşəhr" Atom Elektrik Stansiyasının tikintisi hesab edilir. Rusiyanın iştirakı ilə tamamlanan AES-in birinci bloku 2011-ci ilin sentyabrında İranın milli enerji sisteminə qoşulub. 2019-cu ilin noyabrında "Buşəhr" AES-in ikinci enerji blokunun tikintisinə başlanılıb. İkinci və üçüncü blokların tikinti layihəsi 10 il müddətinə nəzərdə tutulub. Moskva Tehranı birinci blokun reaktorunun işləməsi üçün lazım olan nüvə yanacağı ilə təmin edir.
İran prezidenti həmçinin vurğulayıb ki, Rusiya Federasiyası ilə əlaqələr strateji əhəmiyyətli və hərtərəfli xarakter daşıyır. Onun sözlərinə görə, İran Rusiya ilə ikitərəfli məsələlər üzrə əməkdaşlıqdan və beynəlxalq arenada qarşılıqlı fəaliyyətdən məmnundur.

"Qeyd etdiyimiz kimi, təkcə regionda, beynəlxalq arenada deyil, həm də ikitərəfli əməkdaşlıq, ticarət dövriyyəsinin inkişafı baxımından qarşılıqlı fəaliyyətimiz bizi sevindirir", - İran prezidenti deyib.

Məsud Pezeşkian görüşdən əvvəl Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayan İranın ali lideri Əli Xamenei ilə danışdığını bildirib.
"Bu gün səfərdən əvvəl mən İranın ali rəhbəri ilə danışdım və həqiqətən də o, bu söhbətdə Rusiya Federasiyası ilə hərtərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğuladı", - İran lideri söyləyib.
Xatırladaq ki, İran prezidenti Məsud Pezeşkian Rusiyada rəsmi səfərdədir. Putinlə Pezeşkiyan arasında görüş Kremldə baş tutub. Yüksək səviyyəli danışıqlar dar tərkibdə başlayacaq və daha sonra geniş tərkibdə davam etdiriləcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qeyd edib ki, görüşdən sonra bir sıra sənədlərin, o cümlədən Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlığa dair əsas müqavilənin imzalanması gözlənilir.
Putin deyib ki, Rusiya və İran nüvə enerjisi də daxil olmaqla birgə layihələr həyata keçirməyə davam edir və enerji sektorunda başqa mümkün layihələr də var. Rusiya liderinin sözlərinə görə, xüsusən də logistika sahəsində yaxşı perspektivlər var.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya və İran arasında beynəlxalq gündəm üzrə məsləhətləşmələrə ehtiyac var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0