Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Müasir dünyada hələ də BMT-yə alternativ yoxdur - Zaxarova

© Sputnik / Кристина Кормилицына / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv - Sputnik Azərbaycan, 1920, 17.01.2025
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib ki, təşkilat tez-tez həddindən artıq bürokratiya, süstlük, səylərin təkrarlanması, vəsaitlərin səmərəsiz istifadəsi və sairlə məşğuldur.
BAKI, 17 yanvar — Sputnik. Kollektiv Qərb BMT-yə daxildən zərbə vurur, lakin bu gün hələ də təşkilata alternativ yoxdur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Hazırda BMT mərkəzli sistem yenidən böhrana düşüb. Təşkilat tez-tez həddindən artıq bürokratiya, süstlük, səylərin təkrarlanması, vəsaitlərin səmərəsiz istifadəsi və sairlə məşğuldur. Bununla belə, BMT-nin nüfuzunun sarsılmasını və effektsizliyinin köklərini, ilk növbədə, təşkilatı daxildən sarsıdan kollektiv Qərb"in dağıdıcı xəttində axtarmaq lazımdır", - Zaxarova deyib.

Onun sözlərinə görə, Qərb ölkələri öz əsassız iddialarından əl çəksələr və maraqlar balansına əsaslanan bərabər beynəlxalq əməkdaşlığa hazır olduqlarını nümayiş etdirsələr təşkilatın nüfuzu bərpa oluna bilər.
Eyni zamanda, Zaxarova vurğulayıb ki, müasir dünyada hələ də BMT-yə alternativ yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0