Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

XİN Rusiya qazının Avropaya nəqlinin artdığını açıqlayıb

© Sputnik / Сергей БобылевRusiya XİN-nin binası, arxiv
Rusiya XİN-nin binası, arxiv - Sputnik Azərbaycan, 1920, 15.01.2025
Abunə olmaq
Rusiya qazının Avropaya tədarükü 2023-cü illə müqayisədə 18% artaraq, təqribən 53 milyard kubmetr səviyyəyəsinə çatıb.
BAKI, 15 yanvar — Sputnik. Ötən ilin yekunlarına görə, Rusiya qazının Avropaya tədarükü 2023-cü illə müqayisədə 18% artaraq, təqribən 53 milyard kubmetr səviyyəyəsinə çatıb.
Bu barədə "RİA Novosti" agentliyi Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin rəhbəri Dmitri Biriçevskinin açıqlamasına istinadən xəbər verib.
"Əlbəttə, bu rəqəm "COVID-19"dan əvvəlki rəqəmlərdən xeyli aşağıdır, lakin hazırkı şəraitdə bu cür tədarük həcmi də Rusiyanın enerji əməkdaşlığında ixracatçı və tərəfdaş kimi etibarlılığının daha bir bariz təsdiqidir" - agentlik nümayəndəsi qeyd edib.
Eyni zamanda, Dmitri Biriçevski əlavə edib ki, Rusiya tərəfi Avropaya qaz tədarük etməyə hazırdır, lakin bu nəqlin perspektivləri "tranzit ölkə və alıcıların – Kiyev və Aİ ölkələrinin mövqelərindən" asılıdır.
Bundan əvvəl Biriçevski bildirmişdi ki, Almaniya hakimiyyət orqanlarından "Şimal axını"nın zədələnməyən qolu ilə qaz nəqlini bərpa etməyə hazır olduqları barədə heç bir siqnal yoxdur.
Xəbər lenti
0