https://sputnik.az/20250115/ukrayna-kesfiyyati-rusiya-ordusuna-1-milyon-dollar-ved-edib-470000558.html
Ukrayna kəşfiyyatı Rusiya ordusuna 1 milyon dollar vəd edib
Ukrayna kəşfiyyatı Rusiya ordusuna 1 milyon dollar vəd edib
Sputnik Azərbaycan
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin istəkləri Rusiya FTX-nin hərbi əks-kəşfiyyatı tərəfindən operativ şəkildə müəyyən edilib. 15.01.2025, Sputnik Azərbaycan
2025-01-15T14:22+0400
2025-01-15T14:22+0400
2025-01-15T14:22+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ftx
donbass
əks-kəşfiyyat
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0d/426690720_0:164:3057:1884_1920x0_80_0_0_61f08de6e058734cf11e6b0999cb61a5.jpg
BAKI, 15 yanvar — Sputnik. Ukrayna hərbi kəşfiyyatı Rusiya hərbçilərinə DXR-in Qorlovkadakı mövqelərini tərk etmələri üçün 1 milyon dollar vəd edib. Lakin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) hərbi əks-kəşfiyyatı bu planların qarşısını alıb. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatında deyilir. "Ukrayna hərbi kəşfiyyatının nümayəndələri rus hərbçilərinə Qorlovka (DXR) şəhərindəki mövqelərini tərk edəcəkləri təqdirdə 1 milyon ABŞ dolları vəd ediblər. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin istəkləri Rusiya FTX-nin hərbi əks-kəşfiyyatı tərəfindən operativ şəkildə müəyyən edilib və nəzarət edilən şəraitə keçirilib. Əks-kəşfiyyatın fəaliyyəti nəticəsində avans olaraq Ukrayna hərbi kəşfiyyatından 100 min dollar alınıb" - məlumatda deyilir. Qeyd olunur ki, əməliyyat tədbirləri zamanı Ukrayna Silahlı Qüvvələri bölmələrinin cəmləşdiyi ərazilər aşkar edilib. Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin bölmələri Rusiya mövqelərinə qarşı Ukrayna silahlı birləşmələrinin müəyyən edilmiş hərəkət marşrutları üzrə qabaqlayıcı raket və artilleriya zərbələri endirib, düşmən xeyli canlı qüvvə və maddi itki verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0d/426690720_164:0:2893:2047_1920x0_80_0_0_e55598cfb3fff9f645079bc745968f0c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ukrayna, ftx, donbass, əks-kəşfiyyat
ukrayna, ftx, donbass, əks-kəşfiyyat
Ukrayna kəşfiyyatı Rusiya ordusuna 1 milyon dollar vəd edib
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin istəkləri Rusiya FTX-nin hərbi əks-kəşfiyyatı tərəfindən operativ şəkildə müəyyən edilib.
BAKI, 15 yanvar — Sputnik. Ukrayna hərbi kəşfiyyatı Rusiya hərbçilərinə DXR-in Qorlovkadakı mövqelərini tərk etmələri üçün 1 milyon dollar vəd edib. Lakin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) hərbi əks-kəşfiyyatı bu planların qarşısını alıb. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatında deyilir.
"Ukrayna hərbi kəşfiyyatının nümayəndələri rus hərbçilərinə Qorlovka (DXR) şəhərindəki mövqelərini tərk edəcəkləri təqdirdə 1 milyon ABŞ dolları vəd ediblər. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin istəkləri Rusiya FTX-nin hərbi əks-kəşfiyyatı tərəfindən operativ şəkildə müəyyən edilib və nəzarət edilən şəraitə keçirilib. Əks-kəşfiyyatın fəaliyyəti nəticəsində avans olaraq Ukrayna hərbi kəşfiyyatından 100 min dollar alınıb" - məlumatda deyilir.
Qeyd olunur ki, əməliyyat tədbirləri zamanı Ukrayna Silahlı Qüvvələri bölmələrinin cəmləşdiyi ərazilər aşkar edilib. Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin bölmələri Rusiya mövqelərinə qarşı Ukrayna silahlı birləşmələrinin müəyyən edilmiş hərəkət marşrutları üzrə qabaqlayıcı raket və artilleriya zərbələri endirib, düşmən xeyli canlı qüvvə və maddi itki verib.