https://sputnik.az/20250114/vasinqtonun-ritorikasinin-deyismesinden-danismaq-tezdir---peskov-469960802.html
Vaşinqtonun ritorikasının dəyişməsindən danışmaq tezdir - Peskov
Vaşinqtonun ritorikasının dəyişməsindən danışmaq tezdir - Peskov
Sputnik Azərbaycan
Aydındır ki, Birləşmiş Ştatlar rəqabətədavamlı olmayan yollarla şirkətlərimizin mövqeyini sarsıtmağa davam edəcək. 14.01.2025, Sputnik Azərbaycan
2025-01-14T12:17+0400
2025-01-14T12:17+0400
2025-01-14T12:28+0400
peskov
rusiya
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e8/09/03/467148057_0:0:3072:1728_1920x0_80_0_0_4728c0915566ffd5baafd81043b2b7aa.jpg
BAKI, 14 yanvar — Sputnik. ABŞ Rusiya şirkətlərinin mövqeyini sarsıtmağa davam edəcək, lakin Rusiya buna qarşı dura biləcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Yanvarın 10-da ABŞ Rosatom rəhbərliyinə - dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçova və onun müavinlərinə qarşı sanksiyalar tətbiq edib. Peskov jurnalistlərə ABŞ sanksiyaları ilə bağlı sualı cavablandırarkən deyib:"Aydındır ki, Birləşmiş Ştatlar rəqabətədavamlı olmayan yollarla şirkətlərimizin mövqeyini sarsıtmağa davam edəcək. Amma təbii ki, ümid edirik ki, biz bunun qarşısını ala biləcəyik". Peskov bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rəsmən hakimiyyətə gələnə qədər Vaşinqtonun Ukrayna münaqişəsi ilə bağlı ritorikasının dəyişməsindən danışmaq tezdir. Rusiya tərəfi ABŞ-ın Rosatom rəhbərliyinə qarşı sanksiyaları əsassız və qeyri-qanuni xarakterli adlandırıb və bildirib ki, bunu dost olmayan dövlətlərin haqsız rəqabət elementi kimi qəbul edir. Rosatom sanksiyalar rejiminə uyğunlaşdığını, hadisələrin istənilən inkişafına hazır olduğunu və eyni zamanda tərəfdaşları qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməyə davam edəcəyini vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/03/467148057_122:0:2853:2048_1920x0_80_0_0_fb1d673e245dd40c8ce404f0e1a47a52.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, rusiya
Vaşinqtonun ritorikasının dəyişməsindən danışmaq tezdir - Peskov
12:17 14.01.2025 (Yenilənib: 12:28 14.01.2025) Aydındır ki, Birləşmiş Ştatlar rəqabətədavamlı olmayan yollarla şirkətlərimizin mövqeyini sarsıtmağa davam edəcək.
BAKI, 14 yanvar — Sputnik. ABŞ Rusiya şirkətlərinin mövqeyini sarsıtmağa davam edəcək, lakin Rusiya buna qarşı dura biləcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Yanvarın 10-da ABŞ Rosatom rəhbərliyinə - dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçova və onun müavinlərinə qarşı sanksiyalar tətbiq edib.
Peskov jurnalistlərə ABŞ sanksiyaları ilə bağlı sualı cavablandırarkən deyib:
"Aydındır ki, Birləşmiş Ştatlar rəqabətədavamlı olmayan yollarla şirkətlərimizin mövqeyini sarsıtmağa davam edəcək. Amma təbii ki, ümid edirik ki, biz bunun qarşısını ala biləcəyik".
Peskov bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rəsmən hakimiyyətə gələnə qədər Vaşinqtonun Ukrayna münaqişəsi ilə bağlı ritorikasının dəyişməsindən danışmaq tezdir.
"Əlbəttə, biz bu müsahibələri ən diqqətli səviyyədə izləyirik, ancaq bunun ritorikada dəyişiklik olub-olmaması barədə rəsmi təyinatlardan cəmi bir həftə sonra danışmaq olar. Qarşıdakı yeddi gündə prosesə Co Bayden və onun komandası rəhbərlik edəcək. Rusiya üçün təhlükəsizlik təminatları Ukrayna nizamlanması üzrə mümkün danışıqların tərkib hissəsidir. Ukrayna üzrə danışıqların bərpası üçün hələlik heç bir ilkin şərt yoxdur; Kiyev danışıqlardan imtina edir", - Peskov qeyd edib.
Rusiya tərəfi ABŞ-ın Rosatom rəhbərliyinə qarşı sanksiyaları əsassız və qeyri-qanuni xarakterli adlandırıb və bildirib ki, bunu dost olmayan dövlətlərin haqsız rəqabət elementi kimi qəbul edir. Rosatom sanksiyalar rejiminə uyğunlaşdığını, hadisələrin istənilən inkişafına hazır olduğunu və eyni zamanda tərəfdaşları qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməyə davam edəcəyini vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.