https://sputnik.az/20250114/abs-ukraynani-turk-axinini-da-siradan-cixarmaga-tehrik-edir---lavrov-469982474.html
ABŞ Ukraynanı “Türk axını”nı da sıradan çıxarmağa təhrik edir - Lavrov
ABŞ Ukraynanı “Türk axını”nı da sıradan çıxarmağa təhrik edir - Lavrov
Sputnik Azərbaycan
Rusiya xarici işlər naziri bildirib ki, Birləşmiş Ştatlar enerji də daxil olmaqla hər hansı bir sahədə rəqib istəmir. 14.01.2025, Sputnik Azərbaycan
2025-01-14T13:12+0400
2025-01-14T13:12+0400
2025-01-14T13:12+0400
rusiya
şimal axını
sergey lavrov
abş
türk axını
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/18/468279445_0:0:3056:1719_1920x0_80_0_0_54fff8490b10a2ac5ad38366c724134f.jpg
BAKI, 14 yanvar — Sputnik. Birləşmiş Ştatlar Ukraynanı "Şimal axını" boru kəmərinin izi ilə getməyə təhrik edir və "Türk axını" boru kəmərini sıradan çıxarmağa yönəldir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2024-cü ildə Rusiyanın diplomatik fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, Kiyev rejimi Avropa ölkələrinə qaz nəqlini dayandırmaq üçün Krasnodar diyarında Anapa yaxınlığındakı "Türk axını" kompressor stansiyasına hücum etməyə cəhd edib. Stansiya "Türk axını" kəmərini normal rejimdə qazla təmin edir və istismarda heç bir fasilə yaranmayıb. Rusiyadan Avropaya qaz ixrac edən iki boru kəmərində - "Şimal axını" və "Şimal axını 2"də partlayışlar 26 sentyabr 2022-ci ildə baş verib. Almaniya, Danimarka və İsveç planlanmış təxribatı istisna etməyiblər."Şimal axını"nın operatoru olan "Nord Stream AG" bildirib ki, qaz kəmərlərinin dağıdılması misli görünməmiş bir hadisədir və təmirin müddətini təxmin etmək mümkün deyil. Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya dəfələrlə "Şimal axını"nda partlayışlar barədə məlumat tələb edib, lakin heç vaxt məlumat almayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/18/468279445_242:0:2973:2048_1920x0_80_0_0_ecb44169e752bda8da124b64463d93ac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
şimal axını, sergey lavrov, abş, türk axını
şimal axını, sergey lavrov, abş, türk axını
ABŞ Ukraynanı “Türk axını”nı da sıradan çıxarmağa təhrik edir - Lavrov
Rusiya xarici işlər naziri bildirib ki, Birləşmiş Ştatlar enerji də daxil olmaqla hər hansı bir sahədə rəqib istəmir.
BAKI, 14 yanvar — Sputnik. Birləşmiş Ştatlar Ukraynanı "Şimal axını" boru kəmərinin izi ilə getməyə təhrik edir və "Türk axını" boru kəmərini sıradan çıxarmağa yönəldir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2024-cü ildə Rusiyanın diplomatik fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, Kiyev rejimi Avropa ölkələrinə qaz nəqlini dayandırmaq üçün Krasnodar diyarında Anapa yaxınlığındakı "Türk axını" kompressor stansiyasına hücum etməyə cəhd edib. Stansiya "Türk axını" kəmərini normal rejimdə qazla təmin edir və istismarda heç bir fasilə yaranmayıb.
"Mən əminəm ki, Birləşmiş Ştatlar enerji də dxil olmaqla hər hansı bir sahədə rəqib istəmir. Onlar enerji əsaslarını məhv etmək üçün terror fəaliyyətinə icazə verirlər. Ukraynalıları da təhrik edirlər ki, indi "Şimal axını"ndan sonra "Türk axını" da sıradan çıxarıla bilər", – Lavrov deyib.
Rusiyadan Avropaya qaz ixrac edən iki boru kəmərində - "Şimal axını" və "Şimal axını 2"də partlayışlar 26 sentyabr 2022-ci ildə baş verib. Almaniya, Danimarka və İsveç planlanmış təxribatı istisna etməyiblər.
"Şimal axını"nın operatoru olan "Nord Stream AG" bildirib ki, qaz kəmərlərinin dağıdılması misli görünməmiş bir hadisədir və təmirin müddətini təxmin etmək mümkün deyil. Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya dəfələrlə "Şimal axını"nda partlayışlar barədə məlumat tələb edib, lakin heç vaxt məlumat almayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.