https://sputnik.az/20250113/zaxarova-kiyevi-rusiyali-jurnalistleri-izlemekde-ittiham-edib-469964296.html
Zaxarova Kiyevi rusiyalı jurnalistləri izləməkdə ittiham edib
Zaxarova Kiyevi rusiyalı jurnalistləri izləməkdə ittiham edib
Sputnik Azərbaycan
Rusiya XİN-in sözçüsü qeyd edib ki, Kiyev üçün terrorçuluğun ifşası döyüşdəki itkilərdən daha dəhşətlidir. 13.01.2025, Sputnik Azərbaycan
2025-01-13T20:39+0400
2025-01-13T20:39+0400
2025-01-13T20:39+0400
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rusiya
mariya zaxarova
mariya zaxarova
kiyev
kiyev
rusiyalı
rusiyalı jurnalistlər
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467509718_0:0:3163:1779_1920x0_80_0_0_16f93b4005542aa603f71b93a5355a5c.jpg
BAKI, 13 yanvar — Sputnik. Cinayətkar Kiyev rejimi rusiyalı jurnalistləri izləyir, çünki onun üçün terrorçuluğun ifşası döyüş təmas xəttindəki böyük itkilərdən daha dəhşətlidir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya Mətbuat Günü münasibətilə təbrikində deyib. Zaxarova jurnalistlərin informasiya cəbhəsində mübarizə apardıqlarını və bununla da "həqiqəti və öz əqidələrini müdafiə etdiklərini" bildirib. Diplomat qeyd edib ki, media nümayəndələrinin işini ən təhlükəli işlərdən biri adlandırmaq olar. "Media sahəsinin nümayəndələri informasiya cəbhələrində həqiqəti və öz əqidələrini müdafiə edərək döyüşürlər. Məhz buna görə də jurnalistlərin işini ən təhlükəli işlərdən biri adlandırmaq olar. Cinayətkar Kiyev rejimi sözün əsl mənasında jurnalistləri izləyir, çünki onun terrorçuluğunun ifşası döyüş təmas xəttindəki böyük itkilərdən daha dəhşətlidir", - Zaxarova söyləyib. Diplomatın sözlərinə görə, söhbət həm cəbhə xəttində baş verənləri işıqlandırmaqla hər gün həyatlarını riskə atan hərbi müxbirlərdən, həm də öz vəzifələrini vicdanla yerinə yetirməyə və öz əqidələrinə sadiq qalmağa davam edən bütün fədakar peşəkarlardan gedir. "Kollektiv Qərb" tərəfindən qoyulmuş senzura və sanksiya maneələrini aşaraq, Rusiya mediası uğurla inkişaf etməyə davam edir, qlobal auditoriyasını artırır və mütəmadi olaraq media reytinqlərində vaxtilə məşhur olan Qərb rəqiblərini üstələyir", Zaxarova əlavə edib. Rusiya XİN-in sözçüsü qeyd edib ki, bu fonda məsuliyyətlərində media işçilərinin təhlükəsizliyini təmin etmək və media azadlıqlarını təşviq etmək vəzifəsi dayanan UNESCO, ATƏT, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlıq kimi əsas beynəlxalq strukturlarla birlikdə digərlər qurumlar da qəsdən susmağa və ya mənasız ümumi ifadələrdən yayınmağa, media nümayəndələrini qətlə yetirməkdə günahkar olanları ört-basdır etməkdə və bu vəhşiliklərə ortaq olmaqda davam edir.
kiyev
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467509718_224:0:2955:2048_1920x0_80_0_0_d0fe18ef65684813686e31ea2875b402.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, mariya zaxarova, kiyev, kiyev, rusiyalı, rusiyalı jurnalistlər
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, mariya zaxarova, kiyev, kiyev, rusiyalı, rusiyalı jurnalistlər
Zaxarova Kiyevi rusiyalı jurnalistləri izləməkdə ittiham edib
Rusiya XİN-in sözçüsü qeyd edib ki, Kiyev üçün terrorçuluğun ifşası döyüşdəki itkilərdən daha dəhşətlidir.
BAKI, 13 yanvar — Sputnik. Cinayətkar Kiyev rejimi rusiyalı jurnalistləri izləyir, çünki onun üçün terrorçuluğun ifşası döyüş təmas xəttindəki böyük itkilərdən daha dəhşətlidir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya Mətbuat Günü münasibətilə təbrikində deyib.
Zaxarova jurnalistlərin informasiya cəbhəsində mübarizə apardıqlarını və bununla da "həqiqəti və öz əqidələrini müdafiə etdiklərini" bildirib. Diplomat qeyd edib ki, media nümayəndələrinin işini ən təhlükəli işlərdən biri adlandırmaq olar.
"Media sahəsinin nümayəndələri informasiya cəbhələrində həqiqəti və öz əqidələrini müdafiə edərək döyüşürlər. Məhz buna görə də jurnalistlərin işini ən təhlükəli işlərdən biri adlandırmaq olar. Cinayətkar Kiyev rejimi sözün əsl mənasında jurnalistləri izləyir, çünki onun terrorçuluğunun ifşası döyüş təmas xəttindəki böyük itkilərdən daha dəhşətlidir", - Zaxarova söyləyib.
Diplomatın sözlərinə görə, söhbət həm cəbhə xəttində baş verənləri işıqlandırmaqla hər gün həyatlarını riskə atan hərbi müxbirlərdən, həm də öz vəzifələrini vicdanla yerinə yetirməyə və öz əqidələrinə sadiq qalmağa davam edən bütün fədakar peşəkarlardan gedir.
"Kollektiv Qərb" tərəfindən qoyulmuş senzura və sanksiya maneələrini aşaraq, Rusiya mediası uğurla inkişaf etməyə davam edir, qlobal auditoriyasını artırır və mütəmadi olaraq media reytinqlərində vaxtilə məşhur olan Qərb rəqiblərini üstələyir", Zaxarova əlavə edib.
Rusiya XİN-in sözçüsü qeyd edib ki, bu fonda məsuliyyətlərində media işçilərinin təhlükəsizliyini təmin etmək və media azadlıqlarını təşviq etmək vəzifəsi dayanan UNESCO, ATƏT, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlıq kimi əsas beynəlxalq strukturlarla birlikdə digərlər qurumlar da qəsdən susmağa və ya mənasız ümumi ifadələrdən yayınmağa, media nümayəndələrini qətlə yetirməkdə günahkar olanları ört-basdır etməkdə və bu vəhşiliklərə ortaq olmaqda davam edir.