https://sputnik.az/20250112/rusiyanin-bloklanmis-aktivlerinin-qaytarilmasi-istiqametinde-isler-aparilir-468460438.html
Qərbin Rusiya aktivlərini dondurması ABŞ-a ciddi ziyan vurub
Qərbin Rusiya aktivlərini dondurması ABŞ-a ciddi ziyan vurub
Sputnik Azərbaycan
Əsas problem dollar ehtiyatı sisteminin əsas elementinə - ABŞ Xəzinədarlığının istiqrazlarına inamın azalması olub. 12.01.2025, Sputnik Azərbaycan
2025-01-12T22:15+0400
2025-01-12T22:15+0400
2025-01-13T09:48+0400
elvira nabiullina
rusiya
rusiya aktivləri
rusiya aktivlərinin dondurulması
rusiyanın dondurulmuş aktivləri
mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456863329_0:408:2753:1957_1920x0_80_0_0_e4417fc8dd25414fa988f39043472cc5.jpg
BAKI, 12 yanvar — Sputnik.Rusiyanın Qərbdəki aktivlərinin dondurulması ABŞ-a xeyli ziyan vurub. Təhlilçi Devid Qoldman qeyd edir ki, bunun gözlənilməz nəticələri olub.“Aif.ru” saytı bu barədə yazıb.Əsas problem dollar ehtiyatı sisteminin əsas elementinə - ABŞ Xəzinədarlığının istiqrazlarına inamın azalması olub. Aİ və G7 ölkələri Rusiyanın, təxminən 300 milyard avro dəyərində ehtiyatlarını dondurub ki, bunun da 200 milyarddan çoxu Aİ-də Belçikanın “Euroclear” şirkətinin hesablarındadır.Daha əvvəl bildirilmişdi ki, Aİ “Kiyevə kompensasiya ödənilənə qədər” Rusiyanın aktivlərini dondurmaq qərarına gəlib.02.11.24, 20:52Rusiyanın bloklanmış aktivlərinin qaytarılması istiqamətində işlər aparılırQərb tərəfindən bloklanan Rusiya aktivlərinin qaytarılması istiqamətində iş aparılır. Bu barədə Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina cümə axşamı, oktyabrın 31-də Dövlət Dumasında müvafiq sualı cavablandırarkən bildirib. O qeyd edib ki, mənfi nəticələrdən ehtiyat etdiyi üçün aparılan işin təfərrüatlarını açıqlaya bilməz. "Əvvəllər cavab verdiyim kimi cavab verməyə məcbur olacağam: iş gedir, lakin bu işin ictimai sahədə təfərrüatlarını açıqlamaq mənfi nəticələrə gətirib çıxaracaq, bu mümkün deyil" – "TASS" agentliyi Mərkəzi Bankın sədrindən sitat gətirib. Bundan əvvəl G7-nin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukraynaya yardım göstərmək üçün istifadə etmək niyyəti məlum olub. Xüsusilə, Kiyev bu vəsaitlərdən istifadə etməklə kredit ala bilər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu planları saxtakarlıq sxemi adlandırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456863329_14:0:2743:2047_1920x0_80_0_0_a7d0b2c8665b7c71b315bafc8f45b0eb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
elvira nabiullina, rusiya aktivləri, rusiya aktivlərinin dondurulması, rusiyanın dondurulmuş aktivləri, mariya zaxarova
elvira nabiullina, rusiya aktivləri, rusiya aktivlərinin dondurulması, rusiyanın dondurulmuş aktivləri, mariya zaxarova
Qərbin Rusiya aktivlərini dondurması ABŞ-a ciddi ziyan vurub
22:15 12.01.2025 (Yenilənib: 09:48 13.01.2025) Əsas problem dollar ehtiyatı sisteminin əsas elementinə - ABŞ Xəzinədarlığının istiqrazlarına inamın azalması olub.
BAKI, 12 yanvar — Sputnik.Rusiyanın Qərbdəki aktivlərinin dondurulması ABŞ-a xeyli ziyan vurub. Təhlilçi Devid Qoldman qeyd edir ki, bunun gözlənilməz nəticələri olub.
“Aif.ru” saytı bu barədə yazıb.
Əsas problem dollar ehtiyatı sisteminin əsas elementinə - ABŞ Xəzinədarlığının istiqrazlarına inamın azalması olub.
"Rusiyanın valyuta ehtiyatlarının dondurulmasından sonra Çin, Hindistan, Səudiyyə Ərəbistanı və Türkiyədəki mərkəzi banklar öz valyuta ehtiyatlarını xəzinə istiqrazlarına yatırmaq əvəzinə qızıla çevirməyə başlayıblar" - nəşr yazıb.
Aİ və G7 ölkələri Rusiyanın, təxminən 300 milyard avro dəyərində ehtiyatlarını dondurub ki, bunun da 200 milyarddan çoxu Aİ-də Belçikanın “Euroclear” şirkətinin hesablarındadır.
Daha əvvəl bildirilmişdi ki, Aİ “Kiyevə kompensasiya ödənilənə qədər” Rusiyanın aktivlərini dondurmaq qərarına gəlib.
Rusiyanın bloklanmış aktivlərinin qaytarılması istiqamətində işlər aparılır
Qərb tərəfindən bloklanan Rusiya aktivlərinin qaytarılması istiqamətində iş aparılır.
Bu barədə Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina cümə axşamı, oktyabrın 31-də Dövlət Dumasında müvafiq sualı cavablandırarkən bildirib.
O qeyd edib ki, mənfi nəticələrdən ehtiyat etdiyi üçün aparılan işin təfərrüatlarını açıqlaya bilməz.
"Əvvəllər cavab verdiyim kimi cavab verməyə məcbur olacağam: iş gedir, lakin bu işin ictimai sahədə təfərrüatlarını açıqlamaq mənfi nəticələrə gətirib çıxaracaq, bu mümkün deyil" – "TASS" agentliyi Mərkəzi Bankın sədrindən sitat gətirib.
Bundan əvvəl G7-nin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukraynaya yardım göstərmək üçün istifadə etmək niyyəti məlum olub. Xüsusilə, Kiyev bu vəsaitlərdən istifadə etməklə kredit ala bilər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu planları saxtakarlıq sxemi adlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.