Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Növbəti stansiya heç vaxt Xırdalan, Binəqədi, Hövsan olmayacaq!

© Sputnik / Murad OrujovBakı Metropoliteninin "Xocasən" elektrik deposu və stansiyası
Bakı Metropoliteninin Xocasən  elektrik deposu və stansiyası - Sputnik Azərbaycan, 1920, 10.01.2025
Abunə olmaq
Bakı metropoliteninin 10 yeni stansiyasının inşa edilməsi paytaxtın ictimai nəqliyyatının gələcəyinə ümidləri artırır, amma...
BAKI, 10 yanvar — Sputnik. Bakıda 2030-cu ilədək inşası nəzərdə tutulan 10 yeni metrostansiyanın yerləşəcəyi ərazilər açıqlanıb. Məlum olub ki, bu ərazilər heç də sərnişin axınının yüksək olduğu Xırdalan, Hövsan, Binəqədi, Qaraçuxur, Binə istiqamətlərində olmayacaq. Yeni çəkiləcək metro xətlərinin Sahil, Xətai, "Xocəsən - Ağ şəhər - Babək prospektinin kəsişməsində, eləcə də "Port Baku" istiqamətində yerləşəcəyi nəzərdə tutulub. Bunu bu gün keçirilən Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov açıqlayıb.
"İlk hədəf metronun hazırki şəbəkəsinin işlənməsidir"
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu günə qədər Bakı şəhərinin rəqəmsal əkizi olmayıb. Amma artıq axınlar müəyyən olunur, hansı istiqamətdən avtomobil və sərnişin axını nə qədər olduğu, həmin sərnişinlərin hansı nəqliyyat vasitəsindən istifadə etdiyi barədə datalar var. Ekspert deyir ki,metronun konseptual sənədi var. Hansı ki bu sənəddə sərnişin sıxlığı və axınlar müəyyən olunub. Onun sözlərinə görə, ilk hədəf metronun hazırki şəbəkəsinin işlənməsidir.
"Verilmiş yükü paylamaq üçün "Yaşıl xətt" və "Qırmızı xətt"dən sonra "Bənövşəyi xətt" in genişləndirilməsi nəzərdə tutulur. Bu gün metroda üç xəttimiz var. Hər bir xəttin özünün işləmə intervalı var. "Qırmızı xətt" iki dəqiqə, "Yaşıl xətt" dörd dəqiqə, "Bənövşəyi xətt" yeddi dəqiqə intervalla işləyir. Onların bir-iki dəqiqə işləməsini təmin etmək üçün tikinti işləri görülməlidir. Bu üç xəttin müstəqil fəaliyyəti üçün hərəsinin ayrı deposu olmalıdır. İndiki halda üç xəttin iki deposu var. Belə olduqda bir və iki xəttimiz bir müstəvidə kəsişir. Onların ayrılmasına da ehtiyac var", deyə ekspert bildirib.
Xırdalana metro röya olaraq qalacaq
R.Ağamirzəyev deyir ki, Xırdalanda dəmiryolu xətti var: "
Ona görə də ora yeraltı metro xətti çəkməkdənsə, dəmiryol xətinin yerüstü metro funksiyasını daşıması daha məqsədəuyğundur. Bunlar fərqli həllərdir. Dəmiryolu ilə hazırda 37 min sərnişin daşınır. Bunu yaxın ildə dörd-beş dəfə artırmağı düşünürlər".
Nəqliyyat məsələləri üzrə digər ekspert Ərşad Hüseynov bildirib ki, Bakı metropoliteninin 10 yeni stansiyasının inşa edilməsi paytaxtın ictimai nəqliyyatının gələcəyinə ümidləri artırır. Paytaxtda tıxac və elementar yol hərəkəti təhlükəsizliyi probleminin həlli, istisnasız olaraq ictimai nəqliyyatdan asılıdır:
"Ona görə də həm metropolitenə, həm avtobus marşrutlarına, həm də şəhərətrafı qatarlara ciddi sərmayə qoyulmalı, imkan daxilində tramvay marşrutları bərpa edilməlidir. Metroya gəlincə, Bakının Baş Planını və metropolitenin hazırkı vəziyyətini və ikişaf perspektivini nəzərə alanda həmin stansiyalara harada daha çox zərurət olduğu məlum olur".
© Photo : social page of Ershad HuseynovYol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov - Sputnik Azərbaycan, 1920, 10.01.2025
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov
10 stansiya da azdır
Ə. Hüseynov bildirib ki, Bakı metrosunun genişlənməsi 10 stansiya ilə məhdudlaşmamalıdır.
"Metro çox ciddi şəkildə, özü də daha sürətlə genişləndirilməlidir. Avropanın, Çinin, Yaponiyanın Bakı kimi şəhərlərinin metro stansiyalarının sayı çoxdan 200-ün üstündədir. Hər il bir neçə stansiya tikilib istifadəyə verilir. Bizdə də dayanıqlı maliyyələşmə ilə ən optimal texnologiyaları cəlb etməklə metronu şaxələndirmək lazımdır. Düzdür, bunun üçün böyük xərclər lazımdır. Bakının Baş Planında proqnozladırılan rəqəmlərdən aydın olur ki, bir metro stansiyasının tikintisinin orta qiyməti 187 milyon manat, bir kilometr ikitərəfli metro xəttinin tikintisinin orta qiyməti isə 127,5 milyon manatdır. Yəni 10 stansiyanın tikintisinə təxminən 3,5-4 milyard manat pul xərclənməlidir. Amma bu vəsaitlər metronun inkişafına mütləq yönəldilməlidir, əks təqdirdə Bakının nəqliyyat sistemi daha da pisləşəcək və paytaxda yaşamaq getdikcə daha çətin olacaq", deyə Ərşad Hüseynov bildirib.
Yeni metro stansiyaları harada yerləşəcək?
Rəhman Hümbətov bu gün mətbuata açıqlamasında bildirib ki, "Sahil", istərsə də "Xətai" stansiyalarının yaxınlığında olan yeni stansiyaların mövcud şəbəkə ilə birləşdirilməsi planlaşdırılır. Əlavə dörd stansiya isə mövcud olan "yaşıl xətt"in, yəni "Dərnəgül"dən başlayaraq "Xətai"yə qədər gələn və oradan davam edən stansiyalar inşa etməklə "Həzi Aslanov"a birləşdiriləcək. Nazir müavini qeyd edib ki, bundan əlavə, metronun "28 May" stansiyasında ciddi işlərin görülməsinə ehtiyac var:
"Biz düşünürük ki, ilk işlər buradan başlanmalıdır. Həm "yaşıl", həm "qırmızı xətt" tarixən gəlib bir xətdən, tuneldən keçir. Bu da qatarlar arasında vaxt intervalının azaldılmasına, gələcəkdə yeni inşa olunacaq stansiyalar üzrə hərəkətə mane olan amildir. Ona görə də ilk növbədə "yaşıl xətt" "qırmızı xət"dən ayrılmalıdır. Metronun "İçərişəhər" stansiyasında geri dönmənin qatarın daxil olduğu xətt üzrə mümkünlüyü intervallara təsir göstərir. Bu səbəbdən orada geri dönmə dairəsinin qurulması planlaşdırılır. "Həzi Aslanov" stansiyasında mövcud şərait nəzərə alınaraq işlərin görülməsinə ehtiyac yaranıb ki, bu işlər tamamlanmalıdır. Bütün bu yeni stansiyalara xidmət edəcək yeni "Xocəsən" deposunun inşası və tamamlanması, eləcə də "Dərnəgül"də "yaşıl xət"də xidmət göstərəcək yeni metro stansiyasının inşasına ehtiyac var", deyə müavin qeyd edib.
O əlavə edib ki, bütün bu görülən işlər gələcəkdə metro vasitəsilə əlavə 90 milyona yaxın sərnişinin daşınmasına şərait yaradacaq və şəhər daxilində sərnişin hərəkətinə ciddi dəstək verəcək.
"Xocəsən - Ağ şəhər - Babək prospektinin kəsişməsində metro stansiyasının inşası planlaşdırılır. Altı metro stansiyasının yeri müəyyənləşdirilib. Birində bir neçə ildir, işlər gedir, orada işlərin yaxın dövrlərdə bitməsi gözlənilir. "Nizami", "Sahil" stansiyalarının yaxınlığında və Sahil bağı ərazisində digərlərinin inşası nəzərdə tutulub. "Port Baku" hazırda cazibə mərkəzidir, həmçinin iş mərkəzidir. İnsanların oraya marağı böyükdür. Orada yeni stansiyanın yaradılması nəzərdə tutulur.
Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub  - Sputnik Azərbaycan, 1920, 07.01.2025
PAYTAXT XƏBƏRLƏRİ
Bakıda 10 yeni metro stansiyası inşa ediləcək - İlham Əliyev
Xəbər lenti
0