https://sputnik.az/20250110/bakida-neqliyyat-yenilikleri-taksiler-azalib-avtobus-ve-zolaqlar-ise-artmaqdadir-469921912.html
Bakıda nəqliyyat yenilikləri: Taksilər azalıb, avtobus və zolaqlar isə artmaqdadır
Bakıda nəqliyyat yenilikləri: Taksilər azalıb, avtobus və zolaqlar isə artmaqdadır
Sputnik Azərbaycan
Ölkəyə yeni avtobuslar gətiriləcək. Avtobus zolaqlarının 160 kilometrə çatdırılması nəzərdə tutulub. 10.01.2025, Sputnik Azərbaycan
2025-01-10T13:50+0400
2025-01-10T13:50+0400
2025-01-10T13:50+0400
ictimai nəqliyyat
paytaxt xəbərləri
avtobus
ayna
taksi
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1b/447942895_0:120:1280:840_1920x0_80_0_0_b7313dfc4812d5621aa91a54921bbe06.jpg
BAKI, 10 yanvar — Sputnik. Yeni marşrut şəbəkəsinə uyğun olaraq 37 küçə və prospektdə 112 kilometr avtobus zolağı çəkilib. Avtobus zolaqlarının 160 kilometrə çatdırılması nəzərdə tutulub Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev məlumat verilib. Bildirilib ki, avtobus zolaqlarının 160 kilometrə çatdırılması nəzərdə tutulub. Xüsusi zolaqların tətbiqi nəticəsində gediş vaxtı bəzi küçələrdə 18-22 dəqiqəyə qədər azalıb. Məlumata görə, xüsusi zolaqlarda gün ərzində 900 minə yaxın sərnişin daşınır. Ölkəyə 100-dən artıq avtobus gətirməsi gözlənilir A. Rzayevin sözlərinə görə, bu il Azərbaycandakı özəl daşıyıcıların ölkəyə 100-dən artıq avtobus gətirməsi gözlənilir. Bundan başqa, onun sözlərinə görə, ötən il 200 avtobus təmir edilərək xəttə qaytarılmış, həmçinin 165 ədəd elektrik avtobusu daşımalara cəlb edilib. "Özəl daşıyıcılar 60 yeni avtobus gətirib və bunun bir hissəsi artıq istismara buraxılıb. 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib. Tam yeni avtobusların fəaliyyət göstərdiyi 2 yeni marşrut yaradılıb", - deyə AYNA sədri qeyd edib. Nağdsız ödəniş hallarının sayı 17 % artıb AYNA sədri vurğulayıb ki, 2024-cü ildə Bakıda daşınmış 476 milyon sərnişinin 77,5 %-i ödənişi nağdsız qaydada həyata keçirib. Onun sözlərinə görə, 2023-cü illə müqayisədə sərnişinlərin sayı təxminən 6 %, nağdsız ödəniş edən sərnişlərin sayı isə təxminən 17 % artıb. "Əgər 2022-ci ildə paytaxtda nağdsız ödəniş sisteminə qoşulmuş avtobusların sayı təxminən 1 000 ədəd olubsa, 2023-cü ildə 1 400 ədədə, 2024-cü ildə isə 2 000 ədədə çatdırılıb", - deyə AYNA sədri qeyd edib. Taksi sayı kəskin azalıb Həmçinin Azərbaycanda taksilərin sayı 3 dəfə yaxın azalıb. Anar Rzayev bildirilib ki, 2023-cü ildə taksi sifarişi operatorları tərəfindən istifadə olunan taksilərin sayı 67 mindən artıq idisə, hazırda bu göstərici 23 min ədəd təşkil edir. Yəni, belə taksilərin sayı 44 min ədəd azalıb. Qeyd olunub ki, 13 taksi sifarişi operatoruna icazə verilib. Ötən il taksi daşımalarında 13513 sahibkara buraxılış vəsiqəsi verilib. Hazırda 135 yerdə taksi duracağı mövcuddur və bu sayın artırılması nəzərdə tutulub. Skuter və velosipeddən istifadə edənlərin sayı artıb O, qeyd edib ki, Bakıda operatorlar tərəfindən icarəyə verilən mikromobillik vasitələrinin sayı təxminən 4670 ədəd təşkil edir. O bildirib ki, bunların 77%-ni kiçik elektrik nəqliyyat vasitəsi (skuter), 18%-ni velosiped, 5%-ni elektrik velosipedi təşkil edir: "Ötən il sentyabr-dekabr aylarında mikromobillik operatorları tərəfindən 850 944 sifariş qəbul edilib və 2 244 302 kilometr məsafə qət edilib. Ötən il avqust ayının 24-də velosipedlərin icarəsi üzrə "Apar" xidməti və mobil tətbiqi istifadəyə verilib. Bu xidmət çərçivəsində indiyədək təxminən 215 800 kilometr məsafə qət edilib. Velosipedlər üçün 60 parklanma məntəqəsi təşkil edilib. "Apar" xidməti üzrə istifadəçi sayı 46 min nəfər təşkil edir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1b/447942895_0:0:1280:960_1920x0_80_0_0_bb5aac10f65afd6188ad51def1ec22c7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ictimai nəqliyyat, avtobus, ayna, taksi
ictimai nəqliyyat, avtobus, ayna, taksi
Bakıda nəqliyyat yenilikləri: Taksilər azalıb, avtobus və zolaqlar isə artmaqdadır
Ölkəyə yeni avtobuslar gətiriləcək. Avtobus zolaqlarının 160 kilometrə çatdırılması nəzərdə tutulub.
BAKI, 10 yanvar — Sputnik. Yeni marşrut şəbəkəsinə uyğun olaraq 37 küçə və prospektdə 112 kilometr avtobus zolağı çəkilib.
Avtobus zolaqlarının 160 kilometrə çatdırılması nəzərdə tutulub
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev məlumat verilib. Bildirilib ki, avtobus zolaqlarının 160 kilometrə çatdırılması nəzərdə tutulub. Xüsusi zolaqların tətbiqi nəticəsində gediş vaxtı bəzi küçələrdə 18-22 dəqiqəyə qədər azalıb. Məlumata görə, xüsusi zolaqlarda gün ərzində 900 minə yaxın sərnişin daşınır.
Ölkəyə 100-dən artıq avtobus gətirməsi gözlənilir
A. Rzayevin sözlərinə görə, bu il Azərbaycandakı özəl daşıyıcıların ölkəyə 100-dən artıq avtobus gətirməsi gözlənilir. Bundan başqa, onun sözlərinə görə, ötən il 200 avtobus təmir edilərək xəttə qaytarılmış, həmçinin 165 ədəd elektrik avtobusu daşımalara cəlb edilib.
"Özəl daşıyıcılar 60 yeni avtobus gətirib və bunun bir hissəsi artıq istismara buraxılıb. 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib. Tam yeni avtobusların fəaliyyət göstərdiyi 2 yeni marşrut yaradılıb", - deyə AYNA sədri qeyd edib.
Nağdsız ödəniş hallarının sayı 17 % artıb
AYNA sədri vurğulayıb ki, 2024-cü ildə Bakıda daşınmış 476 milyon sərnişinin 77,5 %-i ödənişi nağdsız qaydada həyata keçirib. Onun sözlərinə görə, 2023-cü illə müqayisədə sərnişinlərin sayı təxminən 6 %, nağdsız ödəniş edən sərnişlərin sayı isə təxminən 17 % artıb.
"Əgər 2022-ci ildə paytaxtda nağdsız ödəniş sisteminə qoşulmuş avtobusların sayı təxminən 1 000 ədəd olubsa, 2023-cü ildə 1 400 ədədə, 2024-cü ildə isə 2 000 ədədə çatdırılıb", - deyə AYNA sədri qeyd edib.
Həmçinin Azərbaycanda taksilərin sayı 3 dəfə yaxın azalıb. Anar Rzayev bildirilib ki, 2023-cü ildə taksi sifarişi operatorları tərəfindən istifadə olunan taksilərin sayı 67 mindən artıq idisə, hazırda bu göstərici 23 min ədəd təşkil edir. Yəni, belə taksilərin sayı 44 min ədəd azalıb. Qeyd olunub ki, 13 taksi sifarişi operatoruna icazə verilib. Ötən il taksi daşımalarında 13513 sahibkara buraxılış vəsiqəsi verilib. Hazırda 135 yerdə taksi duracağı mövcuddur və bu sayın artırılması nəzərdə tutulub.
Skuter və velosipeddən istifadə edənlərin sayı artıb
O, qeyd edib ki, Bakıda operatorlar tərəfindən icarəyə verilən mikromobillik vasitələrinin sayı təxminən 4670 ədəd təşkil edir. O bildirib ki, bunların 77%-ni kiçik elektrik nəqliyyat vasitəsi (skuter), 18%-ni velosiped, 5%-ni elektrik velosipedi təşkil edir:
"Ötən il sentyabr-dekabr aylarında mikromobillik operatorları tərəfindən 850 944 sifariş qəbul edilib və 2 244 302 kilometr məsafə qət edilib. Ötən il avqust ayının 24-də velosipedlərin icarəsi üzrə "Apar" xidməti və mobil tətbiqi istifadəyə verilib. Bu xidmət çərçivəsində indiyədək təxminən 215 800 kilometr məsafə qət edilib. Velosipedlər üçün 60 parklanma məntəqəsi təşkil edilib. "Apar" xidməti üzrə istifadəçi sayı 46 min nəfər təşkil edir".