Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ermənistanın Aİİ və Aİ-nin eyni vaxtda üzvü olması mümkün deyil - Peskov

© iStock.com / Golden_Brown
Aİ - Sputnik Azərbaycan, 1920, 09.01.2025
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi deyib ki, Ermənistanın Aİ-yə üzvlük istəyinin nə demək olduğunu indidən söyləmək çətindir, Ermənistan tərəfinin bu üzvlüklə nəyə vurğu edəcəyi önəmlidir.
BAKI, 9 yanvar — Sputnik. Aİİ-yə üzvlük Ermənistana real fayda gətirir, lakin bu assosiasiya və Aİ-nin eyni vaxtda üzvü olmaq mümkün deyil. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Yanvarın 9-da Ermənistan hökuməti qərbyönlü qüvvələrin respublikanın Avropa İttifaqına qoşulması prosesinə başlamaq üçün parlamentdə baxılacaq qanunvericilik təşəbbüsünü dəstəkləyib.
"Ermənistan Aİİ-nin üzvüdür. Aİİ-yə üzv olmaq bir dövlət kimi Ermənistana və bu ölkənin əhalisinə çox müsbət dividendlər verir", - Peskov Ermənistan Nazirlər Kabinetinin qərarını şərh edərkən jurnalistlərə bildirib.
Onun fikrincə, Ermənistanın Aİ-yə üzvlük istəyinin nə demək olduğunu indidən söyləmək çətindir, Ermənistan tərəfinin bu üzvlüklə nəyə vurğu edəcəyi önəmlidir.
"Əlbəttə ki, iki fərqli təşkilatın üzvü olmaq mümkün deyil, burada bir gömrük məkanı var, burada malların və xidmətlərin, insanların və kapitalın hərəkəti üçün bir zona var", - Peskov qeyd edib.
"Əlbəttə, bu, suveren hüquqdur, biz əminik ki, Aİİ-yə üzvlük Ermənistan üçün faydalıdır", - Peskov vurğulayıb.
Xəbər lenti
0