Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova Trampın Qrenlandiya və Kanada ilə bağlı sözlərinə reaksiya verdi

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidMariya Zaxarova, arxiv
Mariya Zaxarova, arxiv - Sputnik Azərbaycan, 1920, 08.01.2025
Abunə olmaq
Tramp Truth Social sosial şəbəkəsində qonşu ölkəni 51-ci ştat etmək barədə qalmaqallı təklifləri fonunda ABŞ-ın Kanada ilə birlikdə xəritəsini yerləşdirib.
BAKI, 8 yanvar — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya və Kanada ilə bağlı açıqlamalarını şərh edib. XİN sözçüsü Trampın hələ dövlət başçısı vəzifəsinə başlamadığını xatırladıb.

"Mənə elə gəlir ki, ona suallar verilməlidir. Lakin o, prezident olanda, səlahiyyətlərini icra edəndə, ABŞ dövləti və xalqı adından rəsmi olaraq danışanda, yəqin ki, hansısa şəkildə qiymətləndirilə və təhlil oluna bilər", - Zaxarova qeyd edib.

© AP Photo / Alex BrandonDonald Tramp, arxiv
Donald Tramp, arxiv - Sputnik Azərbaycan, 1920, 08.01.2025
Donald Tramp, arxiv
Yanvarın 7-də Tramp Mar-a-Laqo iqamətgahında çıxış edərək Qrenlandiyanın ABŞ-ın bir hissəsinə çevrilməli olduğunu deyib və onun milli təhlükəsizlik və "azad dünyanın" müdafiəsi üçün, o cümlədən Çin və Rusiya üçün strateji əhəmiyyətini vurğulayıb. Lakin o, Qrenlandiya və Panama kanalı üzərində nəzarəti bərqərar etmək üçün hərbi güc tətbiq etməyəcəyinə söz verməyib.
Tramp Truth Social sosial şəbəkəsində qonşu ölkəni 51-ci ştat etmək barədə qalmaqallı təklifləri fonunda ABŞ-ın Kanada ilə birlikdə xəritəsini yerləşdirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0