Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Bern sülh prosesində vasitəçilik etməyə hazırdır - İsveçrə prezidenti

© AP Photo / Julia NikhinsonKarin Keller-Satter
Karin Keller-Satter  - Sputnik Azərbaycan, 1920, 08.01.2025
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada qanunvericilik səviyyəsində Rusiya ilə danışıqların qadağan olunduğunu xatırladaraq bildirib ki, Ukrayna tərəfi hələ də Rusiya ilə danışıqlardan imtina edir.
BAKI, 8 yanvar — Sputnik. İsveçrənin yeni Prezidenti Karin Keller-Satter Vladimir Zelenski ilə telefon danışığında Bernin sülh prosesində vasitəçilik etməyə hazır olduğunu bildirib. Bu barədə o, X sosial şəbəkəsində yazıb.
Karin Keller-Satter yanvarın 1-dən bir il müddətinə İsveçrənin prezidenti vəzifəsinin icrasına başlayıb.

"Prezident Zelenski ilə bugünkü telefon danışığı zamanı mən onu İsveçrənin Ukraynaya, xüsusən də bizim çoxsaylı uzunmüddətli humanitar və bərpa layihələrimiz çərçivəsində davamlı dəstəyinə, həmçinin İsveçrənin xeyirxah xidmətləri vasitəsilə sülh prosesinə töhfə verməyə hazır olduğumuza inandırdım", - nəşr Karin Keller-Satterə istinadən qeyd edilib.

Xatırladaq ki, iyunun 15-16-da İsveçrənin Bürgenştok şəhərində Ukrayna ilə bağlı ilk sammit keçirilib. Yarısı Avropadan olan 90-dan çox ölkə, həmçinin səkkiz təşkilat iştirakını təsdiqləyib. Eyni zamanda, yekun kommünike Ermənistan, Bəhreyn, Braziliya, Hindistan, İndoneziya, Liviya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Tailand və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən imzalanmayıb. Daha sonra İraq və İordaniya kommünikedən öz imzalarını geri götürüblər. Kreml bəyan edib ki, Ukrayna münaqişəsində Rusiyanın iştirakı olmadan vəziyyətdən çıxış yolları axtarmaq tamamilə məntiqsiz və əbəsdir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada qanunvericilik səviyyəsində Rusiya ilə danışıqların qadağan olunduğunu xatırladaraq bildirib ki, Ukrayna tərəfi hələ də Rusiya ilə danışıqlardan imtina edir.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün təşəbbüslərlə çıxış edib: Moskva Ukrayna qoşunları Rusiyanın yeni regionlarının ərazisindən çıxarıldıqdan sonra dərhal atəşi dayandıracaq və danışıqlara hazır olduğunu bəyan edəcək. Bundan savayı, o əlavə edib ki, Kiyev NATO-ya daxil olmaq, o cümlədən demilitarizasiya və deazifikasiyanı həyata keçirmək niyyətindən imtina etdiyini bəyan etməli, həmçinin neytral, bloklara qoşulmamaq və nüvəsiz statusu qəbul etməlidir. Rusiya lideri Rusiya Federasiyasına qarşı sanksiyaların ləğvini də xatırladıb.
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində törətdiyi terror aktından sonra Putin "mülki əhaliyə, mülki infrastruktura fərq qoymadan zərbələr endirən və ya nüvə enerjisi obyektlərinə təhlükə yaratmağa çalışanlarla" danışıqlar aparmağı mümkünsüz adlandırıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daha sonra bəyan edib ki, Moskvanın Ukrayna nizamlanmasına dair Rusiya dövlət başçısı tərəfindən əvvəllər səsləndirdiyi sülh təklifləri ləğv edilməyib, lakin hazırkı mərhələdə "bu avantüranı nəzərə alaraq" Rusiya Ukrayna ilə danışmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0