Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

BakıKart-dan sərnişinlərin istifadə etmədiyi pullar geri qaytarılıb - Rəsmi açıqlama

© Sputnik / Anar MustafayevBakıKart terminalları, arxiv
BakıKart terminalları, arxiv - Sputnik Azərbaycan, 1920, 08.01.2025
Abunə olmaq
Müştərilər Birbank mobil tətbiqində əməliyyat tarixçələrinə baxaraq hesablarını yoxlaya bilərlər.
BAKI, 8 yanvar — Sputnik. BakıKart ödənişləri zamanı istifadə edilən biletlərə görə geri qaytarılan məbləğlər haqqında Kapital Bank açıqlama yayıb. Bankdan Sputnik Azərbaycan-a bildirilib ki, Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Bunun üçün Birbank mobil tətbiqində QR bilet yaratmaq kifəyətdir.
Bilet yaradıldığı andan etibarən 1 dəqiqə ərzində istifadə edilə bilər. İstifadə edilməyən biletlərə görə ödənilən məbləğ 3-30 gün ərzində müştərinin hesabına geri qaytarılır.
Noyabr ayında isə texniki xəta səbəbindən müştərilərin BakıKart QR biletləri üzrə istifadə etmədikləri biletlərlə yanaşı istifadə etdikləri biletlərin ödənişləri də onların hesablarına geri qaytarılıb.
Bu səbəbdən də bank tərəfindən müştərilərə bildiriş göndərilərək məlumat verilib ki, istifadə edilən biletlərə görə 29 noyabr-4 dekabr tarixləri aralığında onların hesablarına qaytarılan vəsait 10 yanvar tarixinədək müvafiq kart balansından çıxılacaq.
Bu mövzuda sualları olan müştərilər Birbank mobil tətbiqində 29 noyabr-4 dekabr tarixlərini əhatə edən əməliyyat tarixçələrinə baxaraq hesablarını yoxlaya və ya 196 Sorğu mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0