https://sputnik.az/20250107/lon-mask-britaniya-tacini-geyinmeye-calisir-469836613.html
İlon Mask Britaniya tacını geyinməyə çalışır
İlon Mask Britaniya tacını geyinməyə çalışır
Sputnik Azərbaycan
Tramp administrasiyasının boz kardinalı titulu uğrunda mübarizə getdikcə daha geniş vüsat alır və bu mübarizədə kimin qurbana çevriləcəyini zaman göstərəcək. 07.01.2025, Sputnik Azərbaycan
2025-01-07T23:30+0400
2025-01-07T23:30+0400
2025-01-07T23:30+0400
ilon mask
rusiya
abş
britaniya
böyük britaniya
donald tramp
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0e/466694830_0:160:3072:1888_1920x0_80_0_0_86eb2e7fa094e55b7ad22b4daee05c5f.jpg
Vladimir Kornilov, RİA Novosti Planetin ən zəngin adamı olan İlon Mask Amerika hökumətinin məmuru olmaq üzrədir. Amma son bir həftə ərzində ictimai fəaliyyəti təhlil etdikdə, onun Britaniyada hansısa yüksək vəzifəyə - baş nazir, ya da krallığa hazırlaşdığı təəssüratı yarana bilər. Mask əvvəllər də bu ölkə haqqında nələrsə yazırdı, amma bu əsasən siyasətlə bağlı olmayan səyahət qeydlərini xatırladırdı. Amma ötən il milyarder Donald Trampın seçki kampaniyasına qatıldıqdan sonra isə o, Birləşmiş Krallığa getdikcə daha açıq şəkildə ilişməyə başlayıb. Yeni il ərəfəsində, bütün britaniyalılar artıq 2025-ci ilin başlanğıcını qeyd edərkən, Mask Britaniyadakı kollektiv zorlama epidemiyasına və gənc ingilis qızlarının cinsi istismarına həsr olunmuş ilk tvitini göndərdi. Və sonra belə yazıların sayını artırmağa başlatdı. Bir həftə sonra məlum oldu ki, MAGA (Make America Great Again) hərəkatının sponsorunun çoxsaylı tvit və retvitlərində əsas pay məhz Britaniyaya həsr olunub. Amerikalı iş adamı Britaniyanın Baş naziri Kir Starmeri xüsusi hücumlara məruz qoyaraq, Kral prokurorluq xidmətinin rəhbəri olduğu dövrdə kütləvi təcavüzləri ört-basdır etməkdə günahlandırıb. Mask İngilis kralını hökuməti buraxaraq, erkən seçkilər təyin etməyə çağırıb. Ümumiyyətlə, bu peşəkar beynəlxalq troll üçün normal davranışdır. Amma artıq təsdiqlənmiş bir Amerika rəsmisi üçün bu cür davranışı qəbuledilməz adlandırmaq olar (xatırladaq ki, Tramp baş sponsorunu hökumətin səmərəlilik Departamentinin direktoru təyin etmək niyyətində olduğunu açıqlayıb). Bu günlərdə bütün Britaniya mətbuatı milyarderin ekssentrik davranışının arxasında nəyin dayandığını müzakirə edir. CNN isə, Maskın Ağ Ev və Britaniya arasında mümkün yaxınlaşmanı necə pozduğunu izah edərək, artıq Tramp və onun gələcək menecerinin arasını vurmağa çalısır. Odur ki, Britaniylı veteran jurnalist Canet Deylinin The Sunday Telegraph qəzetinin səhifələrindəki proqnozunda ifadə etdiyi ümidlər heç də təəccüblü görünmür: "O (Tramp) anlayır ki, indi onun layiq olduğu yeri tutmaq üçün ikinci şansı var. Çətin ki, o kiməsə bu missiyanın qarşısını almaq imkanı versin. Odur ki, Trampın İlon Maska Rasputin kimi güvənməsi bu ildən o yana çətin keçə". Tramp və Maskın xasiyyətlərinin mürəkkəbliyini nəzərə alaraq proqnoz çox real görünür. Amma ABŞ-ın seçilmiş prezidentinin özü də Kanada və Qrenlandiya kimi qonşularının oxşar trollingində iştirak edir. O, son vaxtlar İngiltərəni də unutmur. Starmerin siyasətini - xüsusən də enerji sektorunun vergitutması ilə bağlı siyasətini fəal şəkildə tənqid edir. Üstəlik, həm Tramp, həm də Mask uzun müddət MAGA kampaniyası ilə sıx əməkdaşlıq edən Britaniyalı dostları, Reform UK partiyasının lideri Naycel Faracı dəstəkləməkdə yekdildirlər. Xatırladaq ki, Tramp 2016-cı ildə ilk prezidentlik dövründə Londonu Faracı ABŞ-a səfir təyin etməyə çağırmışdı. Keçən il britaniyalı hətta öz adasını tərk edib yalnız Trampın seçki kampaniyası ilə məşğul olmağı düşünürdü. Lakin yaranan fürsət nəticəsində Farac parlamentə qayıtdı, və bundan sonra "islahatçıların" reytinqləri sürətlə artmağa başladı. Bəzi sorğuların nəticələrinə görə, onlar artıq leyboristləri üçüncü yerə sıxışdırıb və faktiki olaraq mühafizəkarlarla bərabərləşib. Mask Faracın kampaniyasını maliyyə cəhətdən dəstəkləyəcəyini vəd edəndən sonra onun reytinqləri daha da yüksəldi və mühafizəkarlardan qaçanlar partiyaya axışdılar. Düzdür, bu sıx komandanın içərisində də ilk çatlar qeydə alındı. Yanvarın 1-dən etibarən Mask ingilis qızlarının cinsi istismarı ilə bağlı qalmaqalla yanaşı, birlik üçün çox riskli olan daha bir addım atdı: o, "məhkəməyə hörmətsizlik etdiyinə görə"18 aylıq həbs cəzası çəkən Britaniyanın sağçı lideri Tommi Robinsonu dəstəklədi. Anti-miqrant ideologiyasına olan inhisarını qorumağa çalışan Farac bunu açıq şəkildə bəyənmədi və o potensial sponsorunu tənqid etməyə başladı. Maskın hərəkətlərinin və ifadələrinin məntiqi olduqca sadə görünür. O, həmçinin Almaniya üçün Alternativi açıq şəkildə dəstəkləməklə Almaniyada əsas siyasi qüvvələr arasında və mediada qəzəb fırtınasına səbəb olub. Musk Almaniya üçün Alternativdən kanslerliyə əsas namizəd olan Alice Weidellə ictimai debat keçirmək planlarına görə hər tərəfdən tənqid atəşinə tutulub. Almaniyanın əsas siyasətçiləri amerikalıları ölkənin müəyyən edilmiş qaydalarına əməl etməməkdə ittiham edərək, fəal şəkildə "Almaniya seçkilərinə müdaxiləni" dayandırmağa çağırırlar. Anladığımız kimi, "qaydalar" ölkənin ən populyar partiyalarından birinə qarşı tam etinasızlığı nəzərdə tutur. Budur - "qaydalara əsaslanan dünya". Göründüyü kimi, Mask Qərbdə MAGA ideologiyasına sığışa bilən bütün sağçı antimiqrant sistemsiz siyasi qüvvələri dəstəkləmək prinsipi ilə hərəkət edir. Ancaq bir problem var: faktiki qlobal MAGA hərəkatını bir araya gətirməklə, o, MAGA ideologiyasının Amerika müstəsnalığına və onun təcridçiliyinə əsaslanan əsas prinsipləri ilə ziddiyyət təşkil edir. Buna görə də amerikalı MAGA fəallarının "Trampın Rasputinin" qlobal səhnədə görünməmiş fəallığı ilə bağlı həyəcan təbili çalması başa düşüləndir. Keçən ilki prezidentlik kampaniyasında mühüm rol oynamış məşhur bloger Laura Loomer artıq açıq şəkildə "Trampı Maskdan qorumağa" çağırır. Və məncə, bu, yalnız başlanğıcdır. ABŞ-ın gələcək prezidentinə təsir etmək uğrunda mübarizə ciddi vüsət alır. Və bir çoxları boz kardinal titulunu (və əgər Qərb mediası bu termini bəyənsə, "Rasputin" adı uğrunda) qazanmağa çalışır. Və bu mübarizədə kimin, Maskın, Britaniyanın, yoxsa başqa kiminsə qurban olacağını - zaman göstərəcək.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0e/466694830_171:0:2902:2048_1920x0_80_0_0_9055634d56d91a13045051c473cfdf13.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
ilon mask, abş, britaniya, böyük britaniya, donald tramp
ilon mask, abş, britaniya, böyük britaniya, donald tramp
İlon Mask Britaniya tacını geyinməyə çalışır
Tramp administrasiyasının boz kardinalı titulu uğrunda mübarizə getdikcə daha geniş vüsat alır və bu mübarizədə kimin qurbana çevriləcəyini zaman göstərəcək.
Vladimir Kornilov, RİA Novosti
Planetin ən zəngin adamı olan İlon Mask Amerika hökumətinin məmuru olmaq üzrədir. Amma son bir həftə ərzində ictimai fəaliyyəti təhlil etdikdə, onun Britaniyada hansısa yüksək vəzifəyə - baş nazir, ya da krallığa hazırlaşdığı təəssüratı yarana bilər.
Mask əvvəllər də bu ölkə haqqında nələrsə yazırdı, amma bu əsasən siyasətlə bağlı olmayan səyahət qeydlərini xatırladırdı. Amma ötən il milyarder Donald Trampın seçki kampaniyasına qatıldıqdan sonra isə o, Birləşmiş Krallığa getdikcə daha açıq şəkildə ilişməyə başlayıb.
Yeni il ərəfəsində, bütün britaniyalılar artıq 2025-ci ilin başlanğıcını qeyd edərkən, Mask Britaniyadakı kollektiv zorlama epidemiyasına və gənc ingilis qızlarının cinsi istismarına həsr olunmuş ilk tvitini göndərdi. Və sonra belə yazıların sayını artırmağa başlatdı. Bir həftə sonra məlum oldu ki, MAGA (Make America Great Again) hərəkatının sponsorunun çoxsaylı tvit və retvitlərində əsas pay məhz Britaniyaya həsr olunub.
Amerikalı iş adamı Britaniyanın Baş naziri Kir Starmeri xüsusi hücumlara məruz qoyaraq, Kral prokurorluq xidmətinin rəhbəri olduğu dövrdə kütləvi təcavüzləri ört-basdır etməkdə günahlandırıb. Mask İngilis kralını hökuməti buraxaraq, erkən seçkilər təyin etməyə çağırıb. Ümumiyyətlə, bu peşəkar beynəlxalq troll üçün normal davranışdır. Amma artıq təsdiqlənmiş bir Amerika rəsmisi üçün bu cür davranışı qəbuledilməz adlandırmaq olar (xatırladaq ki, Tramp baş sponsorunu hökumətin səmərəlilik Departamentinin direktoru təyin etmək niyyətində olduğunu açıqlayıb).
Bu günlərdə bütün Britaniya mətbuatı milyarderin ekssentrik davranışının arxasında nəyin dayandığını müzakirə edir. CNN isə, Maskın Ağ Ev və Britaniya arasında mümkün yaxınlaşmanı necə pozduğunu izah edərək, artıq Tramp və onun gələcək menecerinin arasını vurmağa çalısır. Odur ki, Britaniylı veteran jurnalist Canet Deylinin The Sunday Telegraph qəzetinin səhifələrindəki proqnozunda ifadə etdiyi ümidlər heç də təəccüblü görünmür: "O (Tramp) anlayır ki, indi onun layiq olduğu yeri tutmaq üçün ikinci şansı var. Çətin ki, o kiməsə bu missiyanın qarşısını almaq imkanı versin. Odur ki, Trampın İlon Maska Rasputin kimi güvənməsi bu ildən o yana çətin keçə".
Tramp və Maskın xasiyyətlərinin mürəkkəbliyini nəzərə alaraq proqnoz çox real görünür. Amma ABŞ-ın seçilmiş prezidentinin özü də Kanada və Qrenlandiya kimi qonşularının oxşar trollingində iştirak edir. O, son vaxtlar İngiltərəni də unutmur. Starmerin siyasətini - xüsusən də enerji sektorunun vergitutması ilə bağlı siyasətini fəal şəkildə tənqid edir.
Üstəlik, həm Tramp, həm də Mask uzun müddət MAGA kampaniyası ilə sıx əməkdaşlıq edən Britaniyalı dostları, Reform UK partiyasının lideri Naycel Faracı dəstəkləməkdə yekdildirlər. Xatırladaq ki, Tramp 2016-cı ildə ilk prezidentlik dövründə Londonu Faracı ABŞ-a səfir təyin etməyə çağırmışdı. Keçən il britaniyalı hətta öz adasını tərk edib yalnız Trampın seçki kampaniyası ilə məşğul olmağı düşünürdü. Lakin yaranan fürsət nəticəsində Farac parlamentə qayıtdı, və bundan sonra "islahatçıların" reytinqləri sürətlə artmağa başladı. Bəzi sorğuların nəticələrinə görə, onlar artıq leyboristləri üçüncü yerə sıxışdırıb və faktiki olaraq mühafizəkarlarla bərabərləşib.
Mask Faracın kampaniyasını maliyyə cəhətdən dəstəkləyəcəyini vəd edəndən sonra onun reytinqləri daha da yüksəldi və mühafizəkarlardan qaçanlar partiyaya axışdılar.
Düzdür, bu sıx komandanın içərisində də ilk çatlar qeydə alındı. Yanvarın 1-dən etibarən Mask ingilis qızlarının cinsi istismarı ilə bağlı qalmaqalla yanaşı, birlik üçün çox riskli olan daha bir addım atdı: o, "məhkəməyə hörmətsizlik etdiyinə görə"18 aylıq həbs cəzası çəkən Britaniyanın sağçı lideri Tommi Robinsonu dəstəklədi. Anti-miqrant ideologiyasına olan inhisarını qorumağa çalışan Farac bunu açıq şəkildə bəyənmədi və o potensial sponsorunu tənqid etməyə başladı.
Maskın hərəkətlərinin və ifadələrinin məntiqi olduqca sadə görünür. O, həmçinin Almaniya üçün Alternativi açıq şəkildə dəstəkləməklə Almaniyada əsas siyasi qüvvələr arasında və mediada qəzəb fırtınasına səbəb olub. Musk Almaniya üçün Alternativdən kanslerliyə əsas namizəd olan Alice Weidellə ictimai debat keçirmək planlarına görə hər tərəfdən tənqid atəşinə tutulub. Almaniyanın əsas siyasətçiləri amerikalıları ölkənin müəyyən edilmiş qaydalarına əməl etməməkdə ittiham edərək, fəal şəkildə "Almaniya seçkilərinə müdaxiləni" dayandırmağa çağırırlar. Anladığımız kimi, "qaydalar" ölkənin ən populyar partiyalarından birinə qarşı tam etinasızlığı nəzərdə tutur. Budur - "qaydalara əsaslanan dünya".
Göründüyü kimi, Mask Qərbdə MAGA ideologiyasına sığışa bilən bütün sağçı antimiqrant sistemsiz siyasi qüvvələri dəstəkləmək prinsipi ilə hərəkət edir. Ancaq bir problem var: faktiki qlobal MAGA hərəkatını bir araya gətirməklə, o, MAGA ideologiyasının Amerika müstəsnalığına və onun təcridçiliyinə əsaslanan əsas prinsipləri ilə ziddiyyət təşkil edir. Buna görə də amerikalı MAGA fəallarının "Trampın Rasputinin" qlobal səhnədə görünməmiş fəallığı ilə bağlı həyəcan təbili çalması başa düşüləndir. Keçən ilki prezidentlik kampaniyasında mühüm rol oynamış məşhur bloger Laura Loomer artıq açıq şəkildə "Trampı Maskdan qorumağa" çağırır.
Və məncə, bu, yalnız başlanğıcdır. ABŞ-ın gələcək prezidentinə təsir etmək uğrunda mübarizə ciddi vüsət alır. Və bir çoxları boz kardinal titulunu (və əgər Qərb mediası bu termini bəyənsə, "Rasputin" adı uğrunda) qazanmağa çalışır. Və bu mübarizədə kimin, Maskın, Britaniyanın, yoxsa başqa kiminsə qurban olacağını - zaman göstərəcək.