Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: Zelenski anqlosakslarla korrupsiya əlaqələrini etiraf edib

© Sputnik / Кристина Кормилицына / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv - Sputnik Azərbaycan, 1920, 06.01.2025
Abunə olmaq
Diplomat həmçinin "neonasizmin və terrorizmin narkotik uydurmalarla qarışıq olduğunu da qeyd edib.
BAKI, 6 yanvar — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vladimir Zelenskinin bloger Leks Fridmanla söhbətində anqlosakslarla korrupsiya əlaqələrini etiraf etdiyini bildirib.
Bu barədə Zaxarova "Telegram" kanalında yazıb.
Diplomatın sözlərinə görə, Zelenski "artıq heç nəyi anlamır".
"Ancaq onun Trampa "silah müqabilində başqalarının pulunu" təklif etməsi Zelenskinin anqlosakslarla köklü korrupsiya əlaqələrindən xəbər verir. Bildiyimiz kimi Bayden kiyev rejimini bu əlaqlərdən asılı vəziyyətə salıb", - Rusiya XİN-in sözçüsü qeyd edib.
Zaxarova həmçinin hesab edir ki, üç saatlıq müsahibə "neonasizmin və terrorizmin narkotik uydurmalarla qarışığıdır".
Xəbər lenti
0