Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada çoxmənzilli yaşayış binasında yanğın baş verib - ölənlər var

© Sputnik / Georgy Zimarev / Mediabanka keçidRusiyda yanğınsöndürən, arxiv
Rusiyda yanğınsöndürən, arxiv - Sputnik Azərbaycan, 1920, 05.01.2025
Abunə olmaq
Çoxmənzilli taxta tikilidə əsasən sosial müqavilə əsasında pensiyaçılar yaşayırmış.
BAKI, 5 yanvar - Sputnik. Rusiyanın Kirov vilayətinin Kilməz kəndində çoxmənzilli taxta tikilidə baş verən yanğın nəticəsində 3 nəfər ölüb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yerli hakimiyyət orqanları yerdə qalan təqaüdçü sakinlərin taleyini araşdırdıqlarını bildirir.
Rayon Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, şənbə günü günorta saatlarında rayonun Kilməz kəndində birmərtəbəli taxta konstruksiyadan ibarət ev yanıb. Yanğın 480 kvadratmetr ərazini əhatə edib.

“Yanğın söndürülməsi binanın inşaat xüsusiyyətlərinə görə çətinləşib. Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 3 nəfəri təxliyə edib. Yanğının söndürülməsi zamanı 3 nəfərin meyiti aşkarlanıb”, - Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında ​​deyilir.

Kirov vilayətinin qubernatoru Aleksandr Sokolovun Telegram kanalında verdiyi məlumata görə, yanğınsöndürənlər xəbərdən 3 dəqiqə sonra hadisə yerinə gəliblər. Bu zaman yanğın artıq taxta tikili tamamilə bürüyüb.

“Evdə 11 nəfər yaşayırdı, əksəriyyəti təqaüdçülərdən ibarət idi. 8 sakinin yeri dəqiqləşdirilir - onlar qohumlarının evində qala bilərlər. Yanğının səbəbini ekspertlər müəyyənləşdirməlidir”, - Sokolov Telegram kanalında yazıb.

O, həmçinin Kirov vilayəti hökuməti sədrinin birinci müavini Dmitri Kurdyumovun, qubernator administrasiyasının və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinin sakinlərə yardım təşkil etmək üçün hadisə yerinə getdiyini bildirib.
Bundan əlavə, Rusiya Fövqəladə Hallar Nazirliyinin Kirov vilayəti üzrə Baş İdarəsinin rəhbərliyi hadisə yerində işləyir. Rusiya Federasiyası İstintaq Komitəsinin regional istintaq idarəsinin məlumatına görə, müstəntiqlər yaşayış binasında baş verən yanğının hansı şəraitdə baş verdiyini araşdırır.
"Hazırda hadisə yerində xilasedicilər işləyir. Yanğının baş vermə səbəbləri, həmçinin ölən və yaralananların sayı dəqiqləşdirilir. Cinayət işinin başlanması məsələsi həll edilir", - məlumatda deyilir.
Kirov Vilayət Prokurorluğu bildirir ki, evdə sosial kirayə müqaviləsi əsasında əsasən yaşlı vətəndaşlar yaşayırmış. Məsələ ilə bağlı yoxlama aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0