Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Əcnəbilər Rusiyaya daxil olarkən biometrik məlumatları təqdim etməli olacaqlar

© Sputnik / Aleksandr Vilf / Mediabanka keçidMoskva şəhəri
Moskva şəhəri - Sputnik Azərbaycan, 1920, 04.01.2025
Abunə olmaq
Rusiyada hüquqi statusu olmayan miqrantlar aprelin 30-dək ölkəni tərk etməli və ya hüquqi vəziyyətlərini qaydaya salmalıdırlar.
BAKI, 4 yanvar - Sputnik. Rusiyaya gələn bütün əcnəbilər 2025-ci il iyunun 30-dan hər hansı buraxılış məntəqəsindən keçərkən biometrik məlumatların toplanması prosedurundan keçməlidirlər.
Bu tələb hökumətin qərarı ilə müəyyən edilib. “Aif.ru” saytının xəbərinə görə, bununla belə, bəzi istisnalar var:
"Belarus vətəndaşları, altı yaşına çatmamış uşaqlar, xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinin və konsulluq idarələrinin diplomatları və işçiləri, habelə onların ailə üzvləri, beynəlxalq təşkilatlar və onların Rusiyada akkreditə olunmuş nümayəndəlikləri və onların ailə üzvləri bu istisnalara aiddir.
Rusiyaya vizasız giriş üçün əcnəbilər əvvəlcədən xüsusi ərizədə biometrik məlumatların toplanması prosedurundan keçərək öz məlumatları və səfərin məqsədi barədə məlumatı əks etdirən ərizə təqdim edəcəklər".
Xatırladaq ki, ötən il dekabrın 1-dən etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Moskva və Moskva vilayətinin beynəlxalq hava limanlarında, həmçinin Orenburq vilayətinin Maştakovo avtomobil keçid məntəqəsində biometrik məlumatları təqdim etməli idilər.
Xəbər verdiyimiz kimi, Rusiyada hüquqi statusu olmayan miqrantlar aprelin 30-dək ölkəni tərk etməli və ya hüquqi vəziyyətlərini qaydaya salmalıdırlar.
Xəbər lenti
0