Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropa İttifaqının Rusiyadan qaz alışı 18-20% artıb - Novak

© Sputnik / Александр Астафьев / Mediabanka keçidRusiya baş nazirinin müavini Aleksandr Novak
Rusiya baş nazirinin müavini Aleksandr Novak  - Sputnik Azərbaycan, 1920, 31.12.2024
Abunə olmaq
Tədarükün logistikası və qiymət baxımından Rusiya qazı ən sərfəli qazdır.
BAKI, 31 dekabr — Sputnik. 2024-cü ildə Rusiya Federasiyasından Avropaya boru kəməri və maye qaz tədarükü orta hesabla 18-20% artıb.
Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak "Rossiya 24" telekanalına müsahibəsində bildirib.
"Avropaya tədarüklərin həcminə baxsanız, onlar keçən illə müqayisədə boru kəməri qazı və mayeləşdirilmiş təbii qazın cəmindən 18-20% çoxdur. Bütün bəyanatlara və sanksiyalara baxmayaraq, 11 ay ərzində, təqribən 50 milyard kubmetr qaz tədarük edilib" - Aleksandr Novak bəyan edib.
O qeyd edib ki, qaz yüksək ekoloji təmiz məhsuldur və ona tələbat var. Onun sözlərinə görə, tədarükün logistikası və qiymət baxımından Rusiya qazı ən sərfəli qazdır.
Bundan əvvəl Rusiyanın 2024-cü ildə Avropa ölkələrinə qaz tədarükünü artıracağı bildirilirdi. Artım dörddəbir - 49,6 milyard kubmetrə qədər qeydə alınıb.
Xəbər lenti
0