Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakı metrosu sıxlıq olmaması üçün sərnişinlərdən platformada bərabər paylanmağı xahiş edir

© Sputnik / Murad OrujovBakı Metropoliteninin "Xocasən" elektrik deposu və stansiyası
Bakı Metropoliteninin Xocasən  elektrik deposu və stansiyası - Sputnik Azərbaycan, 1920, 30.12.2024
Abunə olmaq
Bayram günlərində metropolitenin iş rejiminə dəyişiklik ediləcək.
BAKI, 30 dekabr - Sputnik. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il bayramı ilə əlaqədar Bakı metropoliteninin iş rejiminə və qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, 2025-ci il yanvarın 1-nə keçən gecə Bakı metropoliteninin bütün stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq:

"Dekabrın 31-i və 2025-ci il yanvarın 1-də saat 07:00-dan 21:00-dək “28 May-Əhmədli” xəttində qatarlar 2.5 dəqiqə intervalla hərəkət edəcək".

O da bildirilib ki, yanvarın 2-dən 5-dək “28 May-Əhmədli” xəttində qatarlar saat 07:00-21:00 aralığında 3 dəqiqə intervalla hərəkət edəcək. Zərurət yarandıqda, ehtiyat qatarlar xətlərə buraxılacaq.
“Bakmil” istiqamətində sərnişinlər dekabrın 31-i və yanvarın 1-də şənbə günü qrafiki, yanvarın 2-dən 5-dək isə bazar günü qrafiki ilə hərəkət edə biləcəklər:

"Dekabrın 31-i gecə saatlarında sərnişin axınının çoxalacağı gözlənilən stansiyalarda, xüsusilə “Sahil”, “İçərişəhər” və “28 May” stansiyalarında tənzimləmə tədbirləri və nəzarət mexanizmləri gücləndiriləcək, təhlükəsizlik tələblərinə uyğun xüsusi giriş qaydaları tətbiq ediləcək. Sıxlığın qarşısını almaq üçün sərnişinlərdən platforma boyunca bərabər paylanmaya üstünlük verilməsi xahiş olunur".

Bayram günlərinin xoş ovqatda keçməsi üçün neqativ hallara yol verilməməsi vacibdir. “Bakı Metropoliteni” QSC sərnişinlərdən metronun istifadə qaydalarına, ictimai asayişə və sanitar-gigiyenik normalara ciddi riayət etməyi xahiş edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0