Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aİ Rusiya Federasiyasının müxtəlif Avropa qüvvələri ilə yaxınlaşmasından narahatdır

© Sputnik / Vladimir Sergeev / Mediabanka keçidAİ Rusiya
Aİ Rusiya  - Sputnik Azərbaycan, 1920, 30.12.2024
Abunə olmaq
Hazırkı vəziyyətdə Aİ Rusiya Federasiyasının təcrid olunması məsələsində "Avropa birliyini pozmaqdan" qorxur.
BAKI, 30 dekabr — Sputnik. Rusiya Federasiyası ilə Avropadakı müxtəlif qüvvələr arasında artan yaxınlaşma Brüsseldə narahatlıq yaradır. Bu barədə xarici KİV yazıb.
Xüsusilə, Macarıstan Nazirlər Kabinetinin rəhbəri Viktor Orbanın Rusiya paytaxtına səfərini, bir sıra avroskeptik partiyaların təbliğatını, həmçinin Slovakiyanın Baş naziri Robert Fitsonun Rusiya Prezidenti Vladimir Putinlə görüşündən bəhs edilib.
Qeyd edilib ki, Moskvanın bəzi Avropa ölkələri ilə yaxınlaşması Donald Trampın danışıqlar masası arxasında Ukrayna münaqişəsinə son qoymaq niyyəti ilə ABŞ-da Ağ Evə qayıtdığı bir vaxtda baş verir. Hazırkı vəziyyətdə Aİ Rusiya Federasiyasının təcrid olunması məsələsində "Avropa birliyini pozmaqdan" qorxur.

"Gəlin özümüzü aldatmayaq. Diplomatik dialoq başladıqdan sonra Rusiya ilə münasibətlərin bərpasını müdafiə edən daxili səslər yarana bilər", - məqalədə deyilir.

Bundan əvvəl "The New York Times" yazıb ki, Fitsonun Moskvaya səfəri və Putinlə danışıqları Qərbin Rusiya Federasiyasını təcrid etmək siyasətinin iflasa uğradığını göstərib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0