https://sputnik.az/20241228/qazprombanka-qarsi-sanksiyalar-yeni-il-turlarinin-odenisine-mane-olmayib-469714095.html
"Qazprombank"a qarşı sanksiyalar Yeni il turlarının ödənişinə mane olmayıb
"Qazprombank"a qarşı sanksiyalar Yeni il turlarının ödənişinə mane olmayıb
Sputnik Azərbaycan
Türkiyənin bank sistemini Qərbin sanksiyalarına uyğunlaşdırmaq Moskva və Ankara arasında, o cümlədən turizm sahəsində əməkdaşlığa ziyan vurur. 28.12.2024, Sputnik Azərbaycan
2024-12-28T22:40+0400
2024-12-28T22:40+0400
2024-12-28T22:40+0400
yeni
rusiya
"qazprom"
rusiya prezidenti vladimir putin
vladimir putin
abş
ankara
moskva
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/1a/469028494_0:0:2939:1654_1920x0_80_0_0_053c9de4df3be612c821c2a9edd50b59.jpg
BAKI, 28 dekabr — Sputnik. Türkiyə bankları "Qazprombank"a qarşı sanksiyalar nəticəsində rusiyalı turistlər arasında yeni il turlarının ödənişində yaranan problemlər barədə turoperatorlardan kütləvi müraciətlər almayıb. Bunu "RİA Novosti"yə Türkiyənin maliyyə bazarındakı mənbə bildirib. Türkiyənin "Ekonomim" nəşri sənaye nümayəndələrinə istinadən dekabrın 5-də yazıb ki, ABŞ-ın "Qazprombank"a qarşı tətbiq etdiyi sanksiyalar rusiyalı turistlər tərəfindən Türkiyədə kurort otellərinin erkən bronlaşdırılmasının dayandırılmasına səbəb olub. Türkiyənin bank sistemini Qərbin sanksiyalarına uyğunlaşdırmaq Moskva və Ankara arasında, o cümlədən turizm sahəsində əməkdaşlığa ziyan vurur. Türkiyənin Rusiyadakı səfirliyi Rusiya Federasiyasından gələn turistlər üçün otellərin erkən rezervasiyasının dayandırılması ilə bağlı məlumatları təkzib edib. Nəşr daha əvvəl yazmışdı ki, Türkiyənin ən böyük turizm operatorları ABŞ-ın "Qazprombank"a qarşı sanksiyaları nəticəsində yaranan ödəniş problemlərinin yeni mövsümdə ölkənin rusiyalı turistlər arasında populyarlığını azalda biləcəyindən ehtiyat edirlər. "Bu günlərdə heç bir (sorğu) olmayıb, vəziyyət stabildir, ən azı turoperatorlardan müraciət almırıq", - agentliyin həmsöhbəti bildirib. Noyabrın 21-də ABŞ "Qazprombank"a və onun 6 xarici törəmə şirkətinə qarşı sanksiyalar tətbiq edib. ABŞ Xəzinədarlığının sanksiya siyahısına daxil edildikdən sonra "Qazprombank" müştərilərinə xaricdə UnionPay kartları ilə bağlı problemlər barədə xəbərdarlıq edib. "RİA Novosti"yə ölkənin maliyyə bazarındakı mənbə bildirib ki, "Qazprombank"ın UnionPay kartlarından istifadə ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlər səbəbindən bütün Türkiyə ərazisində qeyri-mümkün olub. Rusiya dəfələrlə bəyan edib ki, ölkə güclənməkdə davam edən sanksiyaların öhdəsindən gələcək. Rusiya prezidenti Vladimir Putin əvvəllər qeyd edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Putinin sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını daha da pisləşdirməkdir. Qərb ölkələrinin özündə də dəfələrlə sanksiyaların səmərəsiz olması ilə bağlı fikirlər səslənib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/1a/469028494_208:0:2939:2048_1920x0_80_0_0_aebfa17c034acf1e32f6b966a4fd459f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
yeni, "qazprom", rusiya prezidenti vladimir putin, vladimir putin, abş, ankara, moskva
yeni, "qazprom", rusiya prezidenti vladimir putin, vladimir putin, abş, ankara, moskva
"Qazprombank"a qarşı sanksiyalar Yeni il turlarının ödənişinə mane olmayıb
Türkiyənin bank sistemini Qərbin sanksiyalarına uyğunlaşdırmaq Moskva və Ankara arasında, o cümlədən turizm sahəsində əməkdaşlığa ziyan vurur.
BAKI, 28 dekabr — Sputnik. Türkiyə bankları "Qazprombank"a qarşı sanksiyalar nəticəsində rusiyalı turistlər arasında yeni il turlarının ödənişində yaranan problemlər barədə turoperatorlardan kütləvi müraciətlər almayıb. Bunu "RİA Novosti"yə Türkiyənin maliyyə bazarındakı mənbə bildirib.
Türkiyənin "Ekonomim" nəşri sənaye nümayəndələrinə istinadən dekabrın 5-də yazıb ki, ABŞ-ın "Qazprombank"a qarşı tətbiq etdiyi sanksiyalar rusiyalı turistlər tərəfindən Türkiyədə kurort otellərinin erkən bronlaşdırılmasının dayandırılmasına səbəb olub. Türkiyənin bank sistemini Qərbin sanksiyalarına uyğunlaşdırmaq Moskva və Ankara arasında, o cümlədən turizm sahəsində əməkdaşlığa ziyan vurur. Türkiyənin Rusiyadakı səfirliyi Rusiya Federasiyasından gələn turistlər üçün otellərin erkən rezervasiyasının dayandırılması ilə bağlı məlumatları təkzib edib. Nəşr daha əvvəl yazmışdı ki, Türkiyənin ən böyük turizm operatorları ABŞ-ın "Qazprombank"a qarşı sanksiyaları nəticəsində yaranan ödəniş problemlərinin yeni mövsümdə ölkənin rusiyalı turistlər arasında populyarlığını azalda biləcəyindən ehtiyat edirlər.
"Bu günlərdə heç bir (sorğu) olmayıb, vəziyyət stabildir, ən azı turoperatorlardan müraciət almırıq", - agentliyin həmsöhbəti bildirib.
Noyabrın 21-də ABŞ "Qazprombank"a və onun 6 xarici törəmə şirkətinə qarşı sanksiyalar tətbiq edib. ABŞ Xəzinədarlığının sanksiya siyahısına daxil edildikdən sonra "Qazprombank" müştərilərinə xaricdə UnionPay kartları ilə bağlı problemlər barədə xəbərdarlıq edib. "RİA Novosti"yə ölkənin maliyyə bazarındakı mənbə bildirib ki, "Qazprombank"ın UnionPay kartlarından istifadə ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlər səbəbindən bütün Türkiyə ərazisində qeyri-mümkün olub.
Rusiya dəfələrlə bəyan edib ki, ölkə güclənməkdə davam edən sanksiyaların öhdəsindən gələcək. Rusiya prezidenti Vladimir Putin əvvəllər qeyd edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Putinin sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını daha da pisləşdirməkdir. Qərb ölkələrinin özündə də dəfələrlə sanksiyaların səmərəsiz olması ilə bağlı fikirlər səslənib.