https://sputnik.az/20241228/bakidan-saray-qesebesine-yeni-marsrut-xetti-acilir-469728823.html
Bakıdan Saray qəsəbəsinə yeni marşrut xətti açılır
Bakıdan Saray qəsəbəsinə yeni marşrut xətti açılır
Sputnik Azərbaycan
Saray qəsəbə sakinlərinin ictimai nəqliyyata olan tələbatının təmin olunması məqsədilə dekabrın 29-dan 508 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə... 28.12.2024, Sputnik Azərbaycan
2024-12-28T16:20+0400
2024-12-28T16:20+0400
2024-12-28T19:01+0400
paytaxt xəbərləri
ayna
saray qəsəbəsi
marşrut xətti
nəqliyyat
bakı nəqliyyat agentliyi
https://cdnn1.img.sputnik.az/img/40344/97/403449707_0:0:1920:1080_1920x0_80_0_0_d8305876031d14c433c39ce177f65580.jpg
BAKI, 28 dekabr — Sputnik. Saray qəsəbəsini "20 Yanvar" metrostansiyası ilə əlaqələndirən yeni marşrut xətti fəaliyyətə başlayır. Bu barədə Sputnik Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. AYNA tərəfindən aparılan optimallaşdırma işləri çərçivəsində marşrutların hərəkət sxeminin dəyişdirilməsi, yeni xətlərin təşkili və avtobus zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Vətəndaş müraciətləri nəzərə alınaraq Saray qəsəbə sakinlərinin ictimai nəqliyyata olan tələbatının təmin olunması məqsədilə dekabrın 29-dan 508 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq. Saray qəsəbəsini "20 Yanvar" metrostansiyası ilə əlaqələndirən marşrut üzrə sərnişin daşımaları "BakuBus" MMC tərəfindən həyata keçiriləcək. 12-13 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək marşrutda gediş haqqı 0.55 AZN müəyyən edilib. Qeyd edək ki, Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində paytaxtın və ətraf ərazilərin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib, əhalinin ictimai nəqliyyatdan rahat istifadə etməsi üçün yeni marşrut şəbəkəsi hazırlanıb və tətbiqinə başlanılıb. Optimallaşdırma işləri çərçivəsində sərnişin tələbatına uyğun olaraq AYNA tərəfindən yeni marşrutların yaradılması davam etdiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40344/97/403449707_480:0:1920:1080_1920x0_80_0_0_078afcc7cf107e4f645e333e4af2a795.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ayna, saray qəsəbəsi, marşrut xətti, nəqliyyat, bakı nəqliyyat agentliyi
ayna, saray qəsəbəsi, marşrut xətti, nəqliyyat, bakı nəqliyyat agentliyi
Bakıdan Saray qəsəbəsinə yeni marşrut xətti açılır
16:20 28.12.2024 (Yenilənib: 19:01 28.12.2024) Saray qəsəbə sakinlərinin ictimai nəqliyyata olan tələbatının təmin olunması məqsədilə dekabrın 29-dan 508 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.
BAKI, 28 dekabr — Sputnik. Saray qəsəbəsini "20 Yanvar" metrostansiyası ilə əlaqələndirən yeni marşrut xətti fəaliyyətə başlayır. Bu barədə Sputnik Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
AYNA tərəfindən aparılan optimallaşdırma işləri çərçivəsində marşrutların hərəkət sxeminin dəyişdirilməsi, yeni xətlərin təşkili və avtobus zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Vətəndaş müraciətləri nəzərə alınaraq Saray qəsəbə sakinlərinin ictimai nəqliyyata olan tələbatının təmin olunması məqsədilə dekabrın 29-dan 508 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.
Saray qəsəbəsini "20 Yanvar" metrostansiyası ilə əlaqələndirən marşrut üzrə sərnişin daşımaları "BakuBus" MMC tərəfindən həyata keçiriləcək. 12-13 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək marşrutda gediş haqqı 0.55 AZN müəyyən edilib.
Qeyd edək ki, Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində paytaxtın və ətraf ərazilərin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib, əhalinin ictimai nəqliyyatdan rahat istifadə etməsi üçün yeni marşrut şəbəkəsi hazırlanıb və tətbiqinə başlanılıb.
Optimallaşdırma işləri çərçivəsində sərnişin tələbatına uyğun olaraq AYNA tərəfindən yeni marşrutların yaradılması davam etdiriləcək.