Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı iddiaları saxta adlandırdı

© Sputnik / Наталья СеливерстоваRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan, 1920, 27.12.2024
Abunə olmaq
Rusiya XİN-dən bildirilib ki, adıçəkilən ölkələrin xarici işlər nazirlikləri ilə bu məsələ ilə bağlı heç bir danışıqlar aparılmayıb.
BAKI, 27 dekabr — Sputnik. İnternetdə NATO ölkələrində yerləşən xarici agentlərin təhriki ilə Rusiya Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının bəzi yüksək rütbəli əməkdaşlarının guya Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı Azərbaycan və Qazaxıstan Xarici İşlər nazirliklərinin nümayəndələri ilə versiyalar hazırlamaq üçün danışıqlar apardıqları barədə saxta məlumat yayılır. Bu barədə Rusiya XİN məlumat yayıb.
Rusiya XİN-dən bildirilib ki, adıçəkilən ölkələrin xarici işlər nazirlikləri ilə bu məsələ ilə bağlı heç bir danışıqlar aparılmayıb.

"Təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı araşdırmalar müvafiq idarələr tərəfindən aparılır. Belə bəd niyyətli dezinformasiyaların arxasında siyasi sifarişin olduğu açıq-aydın görünür. Biz insan faciələrindən PR etmək cəhdlərini ləyaqətsiz və qəbuledilməz hesab edirik", - Rusiya XİN-in bəyanatında deyilir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezidenti İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0