Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinin Azərbaycana dövlət səfəri münasibətlərin intensiv inkişafına sübutdur - Rusiya XİN

© Sputnik / Максим БлиновRusiya XİN-nin binası, arxiv
Rusiya XİN-nin binası, arxiv - Sputnik Azərbaycan, 1920, 27.12.2024
Abunə olmaq
Rusiyanın xarici siyasət idarəsi 2024-cü ilin yekunlarına dair hesabat hazırlayıb.
BAKI, 27 dekabr — Sputnik. Ötən il Rusiya diplomatiyası 2023-cü ilin martında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən təsdiq edilmiş Xarici Siyasət Konsepsiyasının müddəalarını həyata keçirmək üçün güclü səylər göstərib. Bu barədə Rusiya XİN-in ilin yekunlarına dair hesabatında qeyd olunub.
Sənəddə bildirilir ki, kollektiv Qərb qlobal hökmranlığının əsaslarını qoruyub saxlamağa çalışdığı və "qaydalara əsaslanan nizam" tətbiq etdiyi bir şəraitdə Rusiya BMT Nizamnaməsinin prinsiplərinə bütövlükdə və qarşılıqlı riayət etməyin dəyişməzliyini müdafiə edərək, konstruktiv alternativ təklif edib.

"Çoxqütblü dünyanın aparıcı mərkəzlərindən biri kimi Rusiyanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmək kursu Avrasiya təhlükəsizliyi və neokolonializmlə mübarizə üzrə təşəbbüslərin irəli sürülməsi ilə yeni ideoloji çərçivə formalaşıb. Avrasiyada bölünməz təhlükəsizlik arxitekturasının yaradılması üzrə Rusiya Federasiyası Prezidentinin iyun ayında təqdim etdiyi strateji təşəbbüsün həyata keçirilməsinə başlanılıb", - sənəddə deyilir.

Daha sonra XİN-in hesabatında bildirilir ki, mövcud qarşılıqlı fəaliyyət sisteminin yeni şəraitə uyğunlaşdırılması yolları MDB-yə üzv dövlətlərin xarici işlər nazirlərinin Avrasiyada təhlükəsizliyin təmin edilməsində əməkdaşlıq prinsipləri haqqında Bəyanatında (oktyabr) müəyyən edilib.

"İttifaq dövləti daxilində hərbi-siyasi vəziyyətin qiymətləndirilməsinə yanaşmaların birliyi Rusiya və Belarus xarici işlər nazirləri tərəfindən imzalanmış (noyabr) "XXI əsrdə müxtəliflik və çoxqütblülük üçün Avrasiya Xartiyasının Birgə Baxışı" bəyanatında öz əksini tapıb", - hesabatda qeyd edilir.

Rusiya XİN-in hesabatında bildirilib ki, Azərbaycanla ikitərəfli münasibətlərin intensiv inkişafının sübutu Rusiya Prezidenti Vladimir Putinin bu ölkəyə ilk dövlət səfəri olub.

"Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Rusiya və Türkiyə prezidentləri arasında aparılan danışıqlar ikitərəfli münasibətlərin yüksək dinamikasını gücləndirib və qaz və nüvə sənayesində strateji layihələrin həyata keçirilməsinə təkan verib. “3+3” Regional Əməkdaşlıq Platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, İran, Türkiyə) nazirlərin üçüncü görüşündə (oktyabr) Rusiya bu dialoq platformasının tam hüquqlu təşkilata çevrilməsi təşəbbüsünə qoşulub", - hesabatda bildirilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0