https://sputnik.az/20241227/medvedev-rusiya-gelecekde-anqlosakslarin-tezyiqine-tab-getiren-olkeleri-bagislaya-biler-469691341.html
Medvedev: "Rusiya gələcəkdə anqlosaksların təzyiqinə tab gətirən ölkələri bağışlaya bilər"
Medvedev: "Rusiya gələcəkdə anqlosaksların təzyiqinə tab gətirən ölkələri bağışlaya bilər"
Sputnik Azərbaycan
Dünyada rusofobiyanın əsas dayağı Avropadır və məhz o, İstanbul danışıqlarının pozulmasında günahkardır. 27.12.2024, Sputnik Azərbaycan
2024-12-27T22:29+0400
2024-12-27T22:29+0400
2024-12-27T22:29+0400
dmitri medvedev
rusiya
norveç
hibrid müharibə
rusiya
qərb
gəmi
aralıq dənizi
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461678265_0:0:3072:1728_1920x0_80_0_0_90271b32a7297b8d23dc6c55a9b8d5fb.jpg
BAKI, 27 dekabr — Sputnik. Rusiya Qərbin Rusiya Federasiyasına qarşı hibrid müharibəsi başa çatdıqdan sonra Asiya və Latın Amerikasının anqlosaksların təzyiqinə tab gətirərək "anti-Rusiya Qərb zibilində" iştirak edən zəif ölkələri bağışlaya bilər. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib. Təhlükəsizlik Şurasının sədr müavini özünün "Teleqram" kanalında Qərbin Rusiyaya qarşı hibrid müharibəsinin başa çatması ilə əlaqədar yaranacaq vəziyyətdə Moskvanın mümkün hərəkətləri barədə yazıb və qeyd edib ki, "bu, mütləq nə vaxtsa nəticə verəcək". "Dünyada rusofobiyanın əsas dayağı Avropadır və məhz o, İstanbul danışıqlarının pozulmasında günahkardır. Ona görə də orada baş verən istənilən dağıdıcı proseslərə kömək etmək lazımdır. Avropa bütün mümkün siyasi, iqtisadi və hər növ hibrid vasitələrlə cəzalandırılmalıdır", - Medvedev sözünə davam edib. "Onun tarixi küçələrində aqressiv iğtişaşlar törədən və parlaq Avropa dəyərlərini nifrətlə məhv edən miqrant kütləsinə eşq olsun! Gələcək vətəndaş qarşıdurmalarının axınında Avropa bürokratlarının bütün iyrənc sifətləri yox olsun!" - deyən Medvedev belə sərtliyi Norveç bayrağı altında olan "Oslo Carrier 3" gəmisinin Aralıq dənizində boğulan rus dənizçilərini "Ursa Major" gəmisindən götürməkdən imtina etməsi ilə izah edib. Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Situasiya Böhran Mərkəzinin departamenti məlumat vermişdi ki, "Ursa Major" yük gəmisi mühərrik otağında baş verən partlayışdan sonra Aralıq dənizində batıb, 16 ekipaj üzvü xilas edilib, ikisi itkin düşüb. İspaniyanın "Español" nəşrinin məlumatına görə, eyni ərazidə bir neçə gəmi xilasetmə işlərinə cəlb edilib, daha sonra İspaniyanın xilasedici gəmisi "Clara Campoamor" və İspaniya Hərbi Dəniz Qüvvələrinin patrul kateri axtarışlara qoşulub. "Ursa Major" 2009-cu ildə inşa edilmiş yük gəmisidir. "MarineTraffic"in məlumatına görə, Rusiya bayrağı altında üzən gəmi 12 gün əvvəl Sankt-Peterburqdan çıxıb və yanvarın 22-də Vladivostok limanına çatmalı idi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461678265_341:0:3072:2048_1920x0_80_0_0_26aec6be9101fd48db2eea97e500375e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
dmitri medvedev, norveç, hibrid müharibə, rusiya, qərb, gəmi, aralıq dənizi
dmitri medvedev, norveç, hibrid müharibə, rusiya, qərb, gəmi, aralıq dənizi
Medvedev: "Rusiya gələcəkdə anqlosaksların təzyiqinə tab gətirən ölkələri bağışlaya bilər"
Dünyada rusofobiyanın əsas dayağı Avropadır və məhz o, İstanbul danışıqlarının pozulmasında günahkardır.
BAKI, 27 dekabr — Sputnik. Rusiya Qərbin Rusiya Federasiyasına qarşı hibrid müharibəsi başa çatdıqdan sonra Asiya və Latın Amerikasının anqlosaksların təzyiqinə tab gətirərək "anti-Rusiya Qərb zibilində" iştirak edən zəif ölkələri bağışlaya bilər.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.
Təhlükəsizlik Şurasının sədr müavini özünün "Teleqram" kanalında Qərbin Rusiyaya qarşı hibrid müharibəsinin başa çatması ilə əlaqədar yaranacaq vəziyyətdə Moskvanın mümkün hərəkətləri barədə yazıb və qeyd edib ki, "bu, mütləq nə vaxtsa nəticə verəcək".
"O zaman bizim ölkəmiz anqlo-saksonların təzyiqinə tab gətirmiş və anti-Rusiya Qərb zibilliyində passiv iştirak etmiş zəif ölkələri (əsasən Asiya və Latın Amerikasının bir sıra ölkələri) bağışlaya bilər", - Medvedev qeyd edib.
"Dünyada rusofobiyanın əsas dayağı Avropadır və məhz o, İstanbul danışıqlarının pozulmasında günahkardır. Ona görə də orada baş verən istənilən dağıdıcı proseslərə kömək etmək lazımdır. Avropa bütün mümkün siyasi, iqtisadi və hər növ hibrid vasitələrlə cəzalandırılmalıdır", - Medvedev sözünə davam edib.
"Onun tarixi küçələrində aqressiv iğtişaşlar törədən və parlaq Avropa dəyərlərini nifrətlə məhv edən miqrant kütləsinə eşq olsun! Gələcək vətəndaş qarşıdurmalarının axınında Avropa bürokratlarının bütün iyrənc sifətləri yox olsun!" - deyən Medvedev belə sərtliyi Norveç bayrağı altında olan "Oslo Carrier 3" gəmisinin Aralıq dənizində boğulan rus dənizçilərini "Ursa Major" gəmisindən götürməkdən imtina etməsi ilə izah edib.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Situasiya Böhran Mərkəzinin departamenti məlumat vermişdi ki, "Ursa Major" yük gəmisi mühərrik otağında baş verən partlayışdan sonra Aralıq dənizində batıb, 16 ekipaj üzvü xilas edilib, ikisi itkin düşüb. İspaniyanın "Español" nəşrinin məlumatına görə, eyni ərazidə bir neçə gəmi xilasetmə işlərinə cəlb edilib, daha sonra İspaniyanın xilasedici gəmisi "Clara Campoamor" və İspaniya Hərbi Dəniz Qüvvələrinin patrul kateri axtarışlara qoşulub.
"Ursa Major" 2009-cu ildə inşa edilmiş yük gəmisidir. "MarineTraffic"in məlumatına görə, Rusiya bayrağı altında üzən gəmi 12 gün əvvəl Sankt-Peterburqdan çıxıb və yanvarın 22-də Vladivostok limanına çatmalı idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.