https://sputnik.az/20241227/basa-catmaqda-olan-il-ukraynanin-isigini-sondurur-469664773.html
Başa çatmaqda olan il Ukraynanın "işığını söndürür"
Başa çatmaqda olan il Ukraynanın "işığını söndürür"
Sputnik Azərbaycan
2024-ci ilin yekunlarına görə demək olar ki, 2025-ci ildə də siyasət və hərb meydanı kifayət qədər gərgin olacaq. 27.12.2024, Sputnik Azərbaycan
2024-12-27T08:43+0400
2024-12-27T08:43+0400
2024-12-27T08:43+0400
müdafiə nazirinin müavini, general-mayor mahmud şeyxhəsəni
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
pua
nato
abş
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/1a/469664517_0:80:3072:1808_1920x0_80_0_0_99526f29826351c1f0f8adb9323dd96b.jpg
Cəbhənin bütün sahələrində Ukrayna Silahlı Qüvvələrinin (USQ) fəlakətli vəziyyəti və bir sıra hərbi məğlubiyyət Kiyev rejiminin mahiyyətini və anti-Rusiya ritorikasını dəyişmədi. Rusiya demilitarizasiya və denazifikasiya problemlərini yalnız hərbi yolla həll etməyə davam edir və Xüsusi Hərbi Əməliyyatın (XHƏ) dördüncü ili banderaçı Ukrayna üçün yaxşı heç nə vəd etmir. Rusiya Hərbi Hava Qüvvələri dekabrın 25-də səhər Ukraynanın hərbi-sənaye kompleksinin işini təmin edən kritik enerji infrastrukturu obyektlərinə yüksək dəqiqlikli uzun mənzilli silahlar və Zərbə PUA-ları ilə kütləvi zərbə endirib (https://t.me/mod_russia/47266). Qanadlı "Kalibr" və X-101, həmçinin "İskəndər" və dronlar Kiyev (https://ria.ru/20241225/vzryvy-1991117464.html), Dnepropetrovsk (Zelenodolsk İES), Kremençuq, Krivoy Roq, Xarkov, İvano-Frankivsk (Burştinskaya İES), Kramatorskdakı (Slavyanskaya İES) hədəfləri vurub. Vinnitsa və Xmelnitski vilayətlərində də partlayışlar qeydə alınıb. İkinci gündür ki, Kiyevdəki gizli obyektlər, USQ-nin aerodromlarındakı F-16 təyyarələri və SCALP/ Storm Shadow raketlərinin digər daşıyıcıları yanır. Kiyevli qəsbkar Vladimir Zelenski bu gün Rusiyaya məxsus 70 raketdən 50-nin məhv edilməsi barədə növbəti dəfə yalan danışıb. Bir gün əvvəl o, 60 hava hədəfindən 59-nun zərərsizləşdirildiyini bildirib. Ukrayna Energetika Nazirliyinin rəhbəri Qaluşenko etiraf edib ki, Rusiya banderaçıların hərbi-sənaye kompleksinin müəssisələrini elektrik və istiliklə təmin edən enerji obyektlərinə kütləvi hücum edib (https://ria.ru/20241225/ukraina-1991178452 .html). Rusiyanın raket hücumlarının strateji məqsədi hərbi texnikanın istehsalını və təmirini dayandırmaq və USQ-nin döyüş effektivliyini azaltmaqdır. Rusiya qoşunları "işıqları söndürür" və xüsusi əməliyyatın məqsədlərinə çatmaqla işıqlı günü yaxınlaşdırır. Bu arada, Rusiyanın qərb bölgələrində (Belqorod, Bryansk, Voronej, Kursk, Tambov vilayətləri) ötən gecə hava hücumundan müdafiə sistemləri yağış və qar yağa-yağa açıq sahədə (qərb komponentlərindən) yığılması mümkün olmayan 59 Ukrayna PUA-sını (https://t.me/mod_russia/47261) məhv edib. Hazırda Ukrayna mühəndisləri laboratoriya şəraitində "Moskvaya çatmağ" məqsədi ilə özlərinin Trembita raketinin məhvetmə diapazonu artıqmağa çalışırlar. İndi raketin uçuş məsafəsi 200 km təşkil edir. Buna görə də Rusiya SQ tərəfindən Ukraynanın enerji və hərbi sənaye kompleksi obyektlərinə kütləvi zərbələrin davam etdirilməsi başa çatmaqda olan 2024-cü ilin strategiyası və yeni 2025-ci ilin estafeti olaraq zəruri və qaçılmazdır. Ukrayna Silahlı Qüvvələrinin strategiyası – bəladan fəlakətə doğru Rusiyanın xüsusi hərbi əməliyyatı zamanı 2022-ci ilin fevral ayına olan qaydalar əsasında formalaşdırılan bir neçə Ukrayna ordusu məhv edilib: 1 milyona yaxın hərbçi ölü və yaralı, 650-dən çox təyyarə və 280 helikopter, 38500 pilotsuz uçuş aparatı, 590 hava hücumundan müdafiə sistemi, 1500 RYAS, təxminən 2000 tank və digər zirehli döyüş maşınları, 19990 artilleriya və minaatan qurğular (https://t.me/mod_russia/47267). Təkcə Kursk istiqamətində, beş aydan az müddətdə USQ 43 700-dən çox hərbçini itirib ki (https://ria.ru/20241225/svo-1991253318.html), bu da tam təchizatlı iyirmi briqadadır. Polşa quru qoşunlarının keçmiş komandanı, general Valdemar Skşıpçak dekabrın 24-də bəyan edib ki, Rusiya SQ bütün cəbhə xətti boyunca təşəbbüsə sahibdir, eyni vaxtda bir neçə istiqamətdə zərbələr endirir, USQ isə canlı qüvvə və texnika sarıdan böyük itkilər verməklə daim geri çəkilmək məcburiyyətindədir. İngilis hərbi analitiki Alexander Mercuris Polşa strateqinin icmalını tamamlayır: "Hərbi vəziyyət bəladan fəlakətə keçir. Bütün Ukrayna hücumları və əks hücumları uğursuzluğa düçar olur. Ukrayna qoşunları getdikcə ruhdan düşür ... Vəziyyət fəlakət xarakteri alır". Hətta "Ukrayna həqiqəti" nəşri "qoşunların idarə edilməsində xaos" və geri çəkilmə dinamikasını gizlətmir: USQ Donbasda iyun ayında – 100 km2, sentyabrda – 400 km2, noyabrda – 610 km2 itirib. Üstəlik, Ukrayna mediası Dneprdən keçərək Xerson istiqamətində Rusiya qoşunlarının sürətli hücumunu proqnozlaşdırır. Təsadüfi deyil ki, Avropa Parlamentində Ukraynadakı münaqişənin "ən məntiqi" sonu – Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi ilə bütün rusdilli ərazilərin Rusiyaya qaytarılmasına dair cəsarətli fərziyyə yaranıb (https://ria. ru/20241225/konets-1991125972.html). Yəqin ki, proqnozun müəllifi olan Avropa Parlamentinin bolqar deputatı Petar Volqin özü də Kiyev şəhərinin nə dərəcədə rusdilli olduğunu bilmir (Ukraynanın inşa etdiyi bir şəhər belə yoxdur). Digər tərəfdən, Moskvanın Ağ Evə yeni administrasiyanın gəlməsi ilə əlaqədar Ukraynadakı silahlı münaqişənin həllinin asanlığı ilə bağlı heç bir illüziyası yoxdur. Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün problemin yalnız Rusiya Federasiyasının və digər ölkələrin haqlı maraqları nəzərə alınmaqla, Avropada etibarlı təhlükəsizlik və sabitlik barədə çətin razılaşmaların bağlanması ilə həll edilə biləcəyini vurğulayıb. Buna görə də, Rusiya qoşunları XHƏ və ATƏ zonalarında banderaçı silahlı birləşmələrini və Ukrayna Silahlı Qüvvələrinin NATO "könüllülərini", Qərbindən gələn silah və texnikanın "dəmir axını"nı və onların "müstəsnalığı" haqqında əsatirləri effektiv şəkildə darmadağın etməkdə davam edir. Təxminən üç ildir ki, Ukrayna hərbi əməliyyatlar meydanında ABŞ və NATO-nun "qaydalarına" əsaslanan köhnə dünya "sökülür". Burada çoxqütblü dünyanın bərabər və bölünməz təhlükəsizliyinin yeni sistemi formalaşır. Odur ki, yeni 2025-ci ilin yola saldığımızdan daha asan olacağı inanılan görünmür.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/1a/469664517_341:0:3072:2048_1920x0_80_0_0_e32ed3fd73e40eaffba703cebc7d8edf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
müdafiə nazirinin müavini, general-mayor mahmud şeyxhəsəni, ukrayna, pua, nato, abş
müdafiə nazirinin müavini, general-mayor mahmud şeyxhəsəni, ukrayna, pua, nato, abş
Başa çatmaqda olan il Ukraynanın "işığını söndürür"
2024-ci ilin yekunlarına görə demək olar ki, 2025-ci ildə də siyasət və hərb meydanı kifayət qədər gərgin olacaq.
Cəbhənin bütün sahələrində Ukrayna Silahlı Qüvvələrinin (USQ) fəlakətli vəziyyəti və bir sıra hərbi məğlubiyyət Kiyev rejiminin mahiyyətini və anti-Rusiya ritorikasını dəyişmədi. Rusiya demilitarizasiya və denazifikasiya problemlərini yalnız hərbi yolla həll etməyə davam edir və Xüsusi Hərbi Əməliyyatın (XHƏ) dördüncü ili banderaçı Ukrayna üçün yaxşı heç nə vəd etmir.
Rusiya Hərbi Hava Qüvvələri dekabrın 25-də səhər Ukraynanın hərbi-sənaye kompleksinin işini təmin edən kritik enerji infrastrukturu obyektlərinə yüksək dəqiqlikli uzun mənzilli silahlar və Zərbə PUA-ları ilə kütləvi zərbə endirib (https://t.me/mod_russia/47266).
Qanadlı "Kalibr" və X-101, həmçinin "İskəndər" və dronlar Kiyev (https://ria.ru/20241225/vzryvy-1991117464.html), Dnepropetrovsk (Zelenodolsk İES), Kremençuq, Krivoy Roq, Xarkov, İvano-Frankivsk (Burştinskaya İES), Kramatorskdakı (Slavyanskaya İES) hədəfləri vurub. Vinnitsa və Xmelnitski vilayətlərində də partlayışlar qeydə alınıb. İkinci gündür ki, Kiyevdəki gizli obyektlər, USQ-nin aerodromlarındakı F-16 təyyarələri və SCALP/ Storm Shadow raketlərinin digər daşıyıcıları yanır.
Kiyevli qəsbkar Vladimir Zelenski bu gün Rusiyaya məxsus 70 raketdən 50-nin məhv edilməsi barədə növbəti dəfə yalan danışıb. Bir gün əvvəl o, 60 hava hədəfindən 59-nun zərərsizləşdirildiyini bildirib. Ukrayna Energetika Nazirliyinin rəhbəri Qaluşenko etiraf edib ki, Rusiya banderaçıların hərbi-sənaye kompleksinin müəssisələrini elektrik və istiliklə təmin edən enerji obyektlərinə kütləvi hücum edib (https://ria.ru/20241225/ukraina-1991178452 .html).
Rusiyanın raket hücumlarının strateji məqsədi hərbi texnikanın istehsalını və təmirini dayandırmaq və USQ-nin döyüş effektivliyini azaltmaqdır. Rusiya qoşunları "işıqları söndürür" və xüsusi əməliyyatın məqsədlərinə çatmaqla işıqlı günü yaxınlaşdırır.
Bu arada, Rusiyanın qərb bölgələrində (Belqorod, Bryansk, Voronej, Kursk, Tambov vilayətləri) ötən gecə hava hücumundan müdafiə sistemləri yağış və qar yağa-yağa açıq sahədə (qərb komponentlərindən) yığılması mümkün olmayan 59 Ukrayna PUA-sını (https://t.me/mod_russia/47261) məhv edib. Hazırda Ukrayna mühəndisləri laboratoriya şəraitində "Moskvaya çatmağ" məqsədi ilə özlərinin Trembita raketinin məhvetmə diapazonu artıqmağa çalışırlar. İndi raketin uçuş məsafəsi 200 km təşkil edir. Buna görə də Rusiya SQ tərəfindən Ukraynanın enerji və hərbi sənaye kompleksi obyektlərinə kütləvi zərbələrin davam etdirilməsi başa çatmaqda olan 2024-cü ilin strategiyası və yeni 2025-ci ilin estafeti olaraq zəruri və qaçılmazdır.
Ukrayna Silahlı Qüvvələrinin strategiyası – bəladan fəlakətə doğru
Rusiyanın xüsusi hərbi əməliyyatı zamanı 2022-ci ilin fevral ayına olan qaydalar əsasında formalaşdırılan bir neçə Ukrayna ordusu məhv edilib: 1 milyona yaxın hərbçi ölü və yaralı, 650-dən çox təyyarə və 280 helikopter, 38500 pilotsuz uçuş aparatı, 590 hava hücumundan müdafiə sistemi, 1500 RYAS, təxminən 2000 tank və digər zirehli döyüş maşınları, 19990 artilleriya və minaatan qurğular (https://t.me/mod_russia/47267). Təkcə Kursk istiqamətində, beş aydan az müddətdə USQ 43 700-dən çox hərbçini itirib ki (https://ria.ru/20241225/svo-1991253318.html), bu da tam təchizatlı iyirmi briqadadır.
Polşa quru qoşunlarının keçmiş komandanı, general Valdemar Skşıpçak dekabrın 24-də bəyan edib ki, Rusiya SQ bütün cəbhə xətti boyunca təşəbbüsə sahibdir, eyni vaxtda bir neçə istiqamətdə zərbələr endirir, USQ isə canlı qüvvə və texnika sarıdan böyük itkilər verməklə daim geri çəkilmək məcburiyyətindədir.
İngilis hərbi analitiki Alexander Mercuris Polşa strateqinin icmalını tamamlayır: "Hərbi vəziyyət bəladan fəlakətə keçir. Bütün Ukrayna hücumları və əks hücumları uğursuzluğa düçar olur. Ukrayna qoşunları getdikcə ruhdan düşür ... Vəziyyət fəlakət xarakteri alır".
Hətta "Ukrayna həqiqəti" nəşri "qoşunların idarə edilməsində xaos" və geri çəkilmə dinamikasını gizlətmir: USQ Donbasda iyun ayında – 100 km2, sentyabrda – 400 km2, noyabrda – 610 km2 itirib. Üstəlik, Ukrayna mediası Dneprdən keçərək Xerson istiqamətində Rusiya qoşunlarının sürətli hücumunu proqnozlaşdırır.
Təsadüfi deyil ki, Avropa Parlamentində Ukraynadakı münaqişənin "ən məntiqi" sonu – Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi ilə bütün rusdilli ərazilərin Rusiyaya qaytarılmasına dair cəsarətli fərziyyə yaranıb (https://ria. ru/20241225/konets-1991125972.html). Yəqin ki, proqnozun müəllifi olan Avropa Parlamentinin bolqar deputatı Petar Volqin özü də Kiyev şəhərinin nə dərəcədə rusdilli olduğunu bilmir (Ukraynanın inşa etdiyi bir şəhər belə yoxdur).
Digər tərəfdən, Moskvanın Ağ Evə yeni administrasiyanın gəlməsi ilə əlaqədar Ukraynadakı silahlı münaqişənin həllinin asanlığı ilə bağlı heç bir illüziyası yoxdur. Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün problemin yalnız Rusiya Federasiyasının və digər ölkələrin haqlı maraqları nəzərə alınmaqla, Avropada etibarlı təhlükəsizlik və sabitlik barədə çətin razılaşmaların bağlanması ilə həll edilə biləcəyini vurğulayıb. Buna görə də, Rusiya qoşunları XHƏ və ATƏ zonalarında banderaçı silahlı birləşmələrini və Ukrayna Silahlı Qüvvələrinin NATO "könüllülərini", Qərbindən gələn silah və texnikanın "dəmir axını"nı və onların "müstəsnalığı" haqqında əsatirləri effektiv şəkildə darmadağın etməkdə davam edir.
Təxminən üç ildir ki, Ukrayna hərbi əməliyyatlar meydanında ABŞ və NATO-nun "qaydalarına" əsaslanan köhnə dünya "sökülür". Burada çoxqütblü dünyanın bərabər və bölünməz təhlükəsizliyinin yeni sistemi formalaşır. Odur ki, yeni 2025-ci ilin yola saldığımızdan daha asan olacağı inanılan görünmür.