https://sputnik.az/20241226/a-nin-yeni-sanksiyalari-avropaya-qarsi-cevrildi-rusiya-bu-defe-ne-qazandi-469663958.html
Aİ-nin yeni sanksiyaları Avropaya qarşı çevrildi: Rusiya bu dəfə nə qazandı?
Aİ-nin yeni sanksiyaları Avropaya qarşı çevrildi: Rusiya bu dəfə nə qazandı?
Sputnik Azərbaycan
Aİ-nin tətbiq etdiyi yeni sanksiyalarından sonra Rusiyada qazın qiyməti iki dəfə aşağı düşüb. 26.12.2024, Sputnik Azərbaycan
2024-12-26T23:30+0400
2024-12-26T23:30+0400
2024-12-26T23:30+0400
avropa
rusiya
ai
qaz
sıxılmış qaz
robert fitso
https://cdnn1.img.sputnik.az/img/40522/19/405221965_29:0:991:541_1920x0_80_0_0_76e7f88f4e856c7c5eb7259ce9afb96a.jpg
BAKI, 26 dekabr — Sputnik. Avropa İttifaqının (Aİ) propan və butandan ibarət mayeləşdirilmiş neft qazının (LPG) idxalını məhdudlaşdırmaq məqsədi ilə tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsindən sonra Rusiyada qazın bazar qiyməti kəskin ucuzlaşıb. Belə ki, Rusiyanın Sankt-Peterburq beynəlxalq əmtəə-xammal birjasında mayeləşdirilmiş neft qazının bir tonunun qiyməti noyabrın sonundakı 31 min rubldan dekabrın 25-nə qədər olan 17,1 min rubla düşüb. Bu barədə "Reuters" agentliyinin apardığı araşdırmada deyilir. Polşa bu restriksiyaları (məhdudiyyətləri) hələ keçən il təklif etsə də, onlar yalnız bu ilin dekabrın 20-də qüvvəyə minib. Agentlik qeyd edir ki, nəticədə avtomobil yanacağı, isitmə və neft-kimya istehsalı üçün istifadə olunan mayeləşdirilmiş neft qazının daxili bazara tədarükü həddindən artıq olub. Hazırda yanacaq partiyalarının bir hissəsi ton üçün 14 min rubla satılır ki, bu da Polşaya ixrac edilən qiymətlərdən xeyli aşağıdır, burada şirkətlər eyni həcmdə təxminən 23 min rubl ala bilirdilər. İtkiləri kompensasiya edən Moskva Çin, Monqolustan, Gürcüstan, Ermənistan, Azərbaycan və Əfqanıstan kimi digər ölkələrə ixracını artırır. Bu yaxınlarda bildirilib ki, Qərb bir daha Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarının Rusiya Federasiyasının xeyrinə çevrildiyini etiraf etmək məcburiyyətində qalıb. Bu fonda 2025-ci il yanvarın 1-dən Ukrayna ərazisindən Avropaya qaz tranziti Zelenskinin günahı üzündən dayandırılacaq. Kiyev razılaşmanı daha da uzatmaq niyyətində olmadığını bildirib. Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, artıq Avropada qazla bağlı gərgin vəziyyət qeyd olunub. Avropa ölkələrinin anbarlarındakı ehtiyatlar son beş ildəki orta göstəricidən 3-5% azdır. Dekabrın 22-də Moskvada Vladimir Putin və Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna münaqişəsini və Rusiya qazının Avropaya nəqlini müzakirə ediblər. Daha sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, iki ölkə liderləri Rusiya qazının bunda maraqlı olan Avropa ölkələrinə axınını davam etdirəcək variantları müzakirə ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40522/19/405221965_149:0:870:541_1920x0_80_0_0_a82444a2a4a6020c5d064a6ab27d715a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avropa, ai, qaz, sıxılmış qaz, robert fitso
avropa, ai, qaz, sıxılmış qaz, robert fitso
Aİ-nin yeni sanksiyaları Avropaya qarşı çevrildi: Rusiya bu dəfə nə qazandı?
Aİ-nin tətbiq etdiyi yeni sanksiyalarından sonra Rusiyada qazın qiyməti iki dəfə aşağı düşüb.
BAKI, 26 dekabr — Sputnik. Avropa İttifaqının (Aİ) propan və butandan ibarət mayeləşdirilmiş neft qazının (LPG) idxalını məhdudlaşdırmaq məqsədi ilə tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsindən sonra Rusiyada qazın bazar qiyməti kəskin ucuzlaşıb. Belə ki, Rusiyanın Sankt-Peterburq beynəlxalq əmtəə-xammal birjasında mayeləşdirilmiş neft qazının bir tonunun qiyməti noyabrın sonundakı 31 min rubldan dekabrın 25-nə qədər olan 17,1 min rubla düşüb.
Bu barədə "Reuters" agentliyinin apardığı araşdırmada deyilir.
Polşa bu restriksiyaları (məhdudiyyətləri) hələ keçən il təklif etsə də, onlar yalnız bu ilin dekabrın 20-də qüvvəyə minib. Agentlik qeyd edir ki, nəticədə avtomobil yanacağı, isitmə və neft-kimya istehsalı üçün istifadə olunan mayeləşdirilmiş neft qazının daxili bazara tədarükü həddindən artıq olub.
Hazırda yanacaq partiyalarının bir hissəsi ton üçün 14 min rubla satılır ki, bu da Polşaya ixrac edilən qiymətlərdən xeyli aşağıdır, burada şirkətlər eyni həcmdə təxminən 23 min rubl ala bilirdilər. İtkiləri kompensasiya edən Moskva Çin, Monqolustan, Gürcüstan, Ermənistan, Azərbaycan və Əfqanıstan kimi digər ölkələrə ixracını artırır.
Bu yaxınlarda bildirilib ki, Qərb bir daha Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarının Rusiya Federasiyasının xeyrinə çevrildiyini etiraf etmək məcburiyyətində qalıb.
Bu fonda 2025-ci il yanvarın 1-dən Ukrayna ərazisindən Avropaya qaz tranziti Zelenskinin günahı üzündən dayandırılacaq. Kiyev razılaşmanı daha da uzatmaq niyyətində olmadığını bildirib.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, artıq Avropada qazla bağlı gərgin vəziyyət qeyd olunub. Avropa ölkələrinin anbarlarındakı ehtiyatlar son beş ildəki orta göstəricidən 3-5% azdır.
Dekabrın 22-də Moskvada Vladimir Putin və Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna münaqişəsini və Rusiya qazının Avropaya nəqlini müzakirə ediblər. Daha sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, iki ölkə liderləri Rusiya qazının bunda maraqlı olan Avropa ölkələrinə axınını davam etdirəcək variantları müzakirə ediblər.