https://sputnik.az/20241224/dodik-nato-rusiya-ile-mubarize-aparmaq-ucun-ukraynadan-istifade-edir-469620048.html
Dodik: NATO Rusiya ilə mübarizə aparmaq üçün Ukraynadan istifadə edir
Dodik: NATO Rusiya ilə mübarizə aparmaq üçün Ukraynadan istifadə edir
Sputnik Azərbaycan
Siyasətçi NATO ölkələrini sülhün yollarını axtarmağa çağırıb. 24.12.2024, Sputnik Azərbaycan
2024-12-24T17:13+0400
2024-12-24T17:13+0400
2024-12-24T17:13+0400
aleksandr vuçiç
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
serbiya
putin
ukrayna
rusiya
xüsusi hərbi əməliyyat
nato
viktor orban
robert fitso
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456860527_0:21:2121:1215_1920x0_80_0_0_3ac89a9e28cabc37664bf22d390fadd0.jpg
BAKI, 24 dekabr — Sputnik. Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik NATO və Avropa İttifaqının (Aİ) siyasətini tənqid edərək alyansın Ukraynanı Rusiya ilə münaqişə yerinə çevirdiyini bildirib. Onun fikrincə, Avropa liderləri münaqişəni gərginləşdirmək əvəzinə sülhə gedən yollar axtarmalıdırlar. Bu barədə Rusiya mediası xəbər verib. Dodik qeyd edib ki, Serbiya Prezidenti Aleksandr Vuçiç, Macarıstanın Baş naziri Viktor Orban və Slovakiyanın yeni Baş naziri Robert Fitso da daxil olmaqla bir sıra siyasətçilər Moskva ilə dialoqun zəruriliyini müdafiə ediblər. O, hər zaman Rusiya ilə yaxşı münasibətlərin qorunub saxlanmasına çalışdığını vurğulayıb və əminliklə bildirib ki, Avropa İttifaqı buraxılmış səhvlərin fərqinə vardıqda onun mövqeyi doğru olacaq. Serbska Respublikasının rəhbəri həmçinin bildirib ki, Rusiya öz cəmiyyətini birləşdirə bilib və artıq uğur qazanıb. Siyasətçinin sözlərinə görə, Prezident Vladimir Putin şəxsən ona təsdiqləyib ki, onların məqsədi Ukrayna ilə münaqişə deyil, bu dövlətinin ərazisindən fəaliyyət göstərən NATO ilə qarşıdurmadır. Rusiya lideri bu yaxınlarda deyib ki, hazırda NATO-nun demək olar ki, bütün ölkələri Ukraynaya qarşı çıxır. Eyni zamanda Prezident Vladimir Putin Qərb dəstəyinin bu ölkələrin iqtisadiyyatlarının vəziyyətinə necə təsir etdiyini də diqqətə çatdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456860527_126:0:2011:1414_1920x0_80_0_0_1ffaa999357b391bf70c5a08765f137f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aleksandr vuçiç, serbiya, putin, ukrayna, rusiya, xüsusi hərbi əməliyyat, nato, viktor orban, robert fitso, avropa ittifaqı, serbiya respublikasının prezidenti aleksandr vuçiç
aleksandr vuçiç, serbiya, putin, ukrayna, rusiya, xüsusi hərbi əməliyyat, nato, viktor orban, robert fitso, avropa ittifaqı, serbiya respublikasının prezidenti aleksandr vuçiç
Dodik: NATO Rusiya ilə mübarizə aparmaq üçün Ukraynadan istifadə edir
Siyasətçi NATO ölkələrini sülhün yollarını axtarmağa çağırıb.
BAKI, 24 dekabr — Sputnik. Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik NATO və Avropa İttifaqının (Aİ) siyasətini tənqid edərək alyansın Ukraynanı Rusiya ilə münaqişə yerinə çevirdiyini bildirib. Onun fikrincə, Avropa liderləri münaqişəni gərginləşdirmək əvəzinə sülhə gedən yollar axtarmalıdırlar. Bu barədə Rusiya mediası xəbər verib.
Dodik qeyd edib ki, Serbiya Prezidenti Aleksandr Vuçiç, Macarıstanın Baş naziri Viktor Orban və Slovakiyanın yeni Baş naziri Robert Fitso da daxil olmaqla bir sıra siyasətçilər Moskva ilə dialoqun zəruriliyini müdafiə ediblər. O, hər zaman Rusiya ilə yaxşı münasibətlərin qorunub saxlanmasına çalışdığını vurğulayıb və əminliklə bildirib ki, Avropa İttifaqı buraxılmış səhvlərin fərqinə vardıqda onun mövqeyi doğru olacaq.
Serbska Respublikasının rəhbəri həmçinin bildirib ki, Rusiya öz cəmiyyətini birləşdirə bilib və artıq uğur qazanıb. Siyasətçinin sözlərinə görə, Prezident Vladimir Putin şəxsən ona təsdiqləyib ki, onların məqsədi Ukrayna ilə münaqişə deyil, bu dövlətinin ərazisindən fəaliyyət göstərən NATO ilə qarşıdurmadır.
Rusiya lideri bu yaxınlarda deyib ki, hazırda NATO-nun demək olar ki, bütün ölkələri Ukraynaya qarşı çıxır. Eyni zamanda Prezident Vladimir Putin Qərb dəstəyinin bu ölkələrin iqtisadiyyatlarının vəziyyətinə necə təsir etdiyini də diqqətə çatdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.