Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanın Rusiyadakı səfiri Sverdlovsk vilayətinin qubernatoru ilə görüşdü

© Photo : Официальный канал Посольства Азербайджана в России Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevi Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev qəbul edib
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevi Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev qəbul edib - Sputnik Azərbaycan, 1920, 24.12.2024
Abunə olmaq
Azərbaycan səfiri qeyd edib ki, Bakı Rusiyanın bu regionu və bütövlükdə Ural Federal Dairəsi ilə əlaqələrin optimallaşdırılmasına böyük önəm verir.
BAKI, 24 dekabr — Sputnik. Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevi Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev qəbul edib.
Rəhman Mustafayev deyib ki, Azərbaycan və Rusiya münasibətlərin yeni səviyyəsinə - fəal siyasi dialoq, parlamentlərarası əməkdaşlıq və ticarət səviyyəsinə çatıb.

"İndiki mərhələdə əlaqələrimiz kifayət qədər fəal inkişaf edir, biz tarixi qarşılıqlı fəaliyyət mərhələsindəyik, bu, ən fəal siyasi dialoqu, ölkələrimizin parlamentləri arasında qarşılıqlı fəaliyyəti, aktiv ticarəti nəzərdə tutur", - səfir bildirib.

© Photo : Официальный канал Посольства Азербайджана в России Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevi Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev qəbul edib
Посол Азербайджана в России Рахман Мустафаев был принят губернатором Свердловской области Евгением Куйвашевым - Sputnik Azərbaycan, 1920, 24.12.2024
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevi Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev qəbul edib
Azərbaycan səfiri Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevlə işgüzar görüşdən sonra qeyd edib ki, Bakı Rusiyanın bu regionu və bütövlükdə Ural Federal Dairəsi ilə əlaqələrin optimallaşdırılmasına böyük önəm verir:
"Burada azərbaycanlı icması yaşayır və ərazidə minlərlə azərbaycanlı mütəxəssis çalışır".
© Photo : Официальный канал Посольства Азербайджана в России Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevi Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev qəbul edib
Посол Азербайджана в России Рахман Мустафаев был принят губернатором Свердловской области Евгением Куйвашевым - Sputnik Azərbaycan, 1920, 24.12.2024
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevi Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev qəbul edib
Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən verilən məlumata görə, tərəflər ticarət və investisiya sahələrində ikitərəfli əməkdaşlığın intensivləşdirilməsini müzakirə ediblər. Bundan başqa, Rəhman Mustafayev və Yevgeni Kuyvaşev 2025-ci il üçün qarşılıqlı səfərlər planını nəzərdən keçirib, Azərbaycanın şəhərləri ilə region arasında qardaşlaşma əlaqələrinin yaradılması məsələsi ətrafında fikir mübadiləsi aparıb, işgüzar missiyaların qarşılıqlı səfərlərinin təşkili məsələlərini müzakirə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0