Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova Yeni il üçün nə bişirəcəyini açıqlayıb

© Sputnik / Григорий СысоевRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv - Sputnik Azərbaycan, 1920, 22.12.2024
Abunə olmaq
Rusiyalı diplomat jurnalistlərə tətili harada keçirəcəyini deyib.
BAKI, 22 dekabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Yeni il üçün dostları və ailəsi ilə ənənəvi "Olivye" salatı hazırlayacaq. Bu barədə RİA Novosti məlumat yayıb.

“Aramızda Yeni il günü "Olivye" salatını hazırlamayan və yeməyən varmı, bilmirəm. Onu bütün ailə birlikdə hazırlayırıq, özü də çox. Yalnız Yeni il süfrəsi üçün deyil, sonrakı bir neçə gün üçün də kifayət edir" - Zaxarova Yeni il süfrəsi üçün nə bişirəcəyi barədə sualı cavablandırarkən deyib.

Onun fikrincə, salat Yeni il gecəsi deyil, yanvarın 1-i və hətta yanvarın 2-si səhər saatlarında daha dadlı olur.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi jurnalistlərə onu da deyib ki, bayramı Moskva və Moskva ətrafında ailəsi və dostları ilə birlikdə qeyd edəcək.
Xəbər lenti
0