https://sputnik.az/20241222/rusiyada-uc-gun-evvel-radarlardan-iten-teyyare-tapilib-sernisin-ve-pilotlar-sagdir-469572848.html
Rusiyada üç gün əvvəl radarlardan itən təyyarə tapılıb, sərnişin və pilotlar sağdır
Rusiyada üç gün əvvəl radarlardan itən təyyarə tapılıb, sərnişin və pilotlar sağdır
Sputnik Azərbaycan
Təyyarənin sərnişin və pilotları yaxınlıqdakı tibb müəssisəsinə aparılıb. 22.12.2024, Sputnik Azərbaycan
2024-12-22T11:55+0400
2024-12-22T11:55+0400
2024-12-22T12:33+0400
rusiya
kamçatka
təyyarə
fövqəladə hallar nazirliyi
cinayət məcəlləsi
rusiya istintaq komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/0c/425180639_0:161:3070:1888_1920x0_80_0_0_36f82974a3c375c3982bbd738bc61bf1.jpg
BAKI, 22 dekabr - Sputnik. Kamçatkada itən An-2 təyyarəsi tapılıb. Təyyarədə olan insanlar sağdır. Bu barədə Kamçatka vilayətinin fövqəladə hallar naziri Sergey Lebedev məlumat verib. “Təyyarə tapıldı, insanlar sağdır, vəziyyətlərinin necə olduğunu deyə bilmərəm. Biz indi təxliyə edəcəyik” - Lebedev “VKontakte” səhifəsində bildirib.Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsinin sözlərinə görə, Kamçatkada qəzaya uğrayan An-2 təyyarəsinin sərnişini və iki pilotu Milkovo kəndindəki tibb müəssisəsinə aparılıb. Dekabrın 19-da An-2 təyyarəsi Milkovo kəndi - Ossora qəsəbəsi marşrutu üzrə hərəkət edib. İlkin məlumata görə, təyyarə yükü çatdırmaq üçün kommersiya uçuşu həyata keçirirmiş. Göyərtəsində üç nəfər olub. Təyyarədən təcili siqnal təqribən Ust-Kamçatka vilayətinin Klyuçi kəndindən 160 kilometr aralıda, 700 metr yüksəklikdə göndərilib. Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsinin Şərq Regionlararası Nəqliyyat İstintaq İdarəsinin müstəntiqləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə (hərəkətin təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) cinayət işi açıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/0c/425180639_170:0:2901:2048_1920x0_80_0_0_7acf729f27b19aa6c1580512078feb2a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kamçatka, təyyarə, fövqəladə hallar nazirliyi, cinayət məcəlləsi, rusiya istintaq komitəsi
kamçatka, təyyarə, fövqəladə hallar nazirliyi, cinayət məcəlləsi, rusiya istintaq komitəsi
Rusiyada üç gün əvvəl radarlardan itən təyyarə tapılıb, sərnişin və pilotlar sağdır
11:55 22.12.2024 (Yenilənib: 12:33 22.12.2024) Təyyarənin sərnişin və pilotları yaxınlıqdakı tibb müəssisəsinə aparılıb.
BAKI, 22 dekabr - Sputnik. Kamçatkada itən An-2 təyyarəsi tapılıb. Təyyarədə olan insanlar sağdır. Bu barədə Kamçatka vilayətinin fövqəladə hallar naziri Sergey Lebedev məlumat verib.
“Təyyarə tapıldı, insanlar sağdır, vəziyyətlərinin necə olduğunu deyə bilmərəm. Biz indi təxliyə edəcəyik” - Lebedev “VKontakte” səhifəsində bildirib.
Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsinin sözlərinə görə, Kamçatkada qəzaya uğrayan An-2 təyyarəsinin sərnişini və iki pilotu Milkovo kəndindəki tibb müəssisəsinə aparılıb.
Dekabrın 19-da An-2 təyyarəsi Milkovo kəndi - Ossora qəsəbəsi marşrutu üzrə hərəkət edib. İlkin məlumata görə, təyyarə yükü çatdırmaq üçün kommersiya uçuşu həyata keçirirmiş. Göyərtəsində üç nəfər olub. Təyyarədən təcili siqnal təqribən Ust-Kamçatka vilayətinin Klyuçi kəndindən 160 kilometr aralıda, 700 metr yüksəklikdə göndərilib.
Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsinin Şərq Regionlararası Nəqliyyat İstintaq İdarəsinin müstəntiqləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə (hərəkətin təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) cinayət işi açıblar.