https://sputnik.az/20241222/rusiya-xn-in-resmisi-putinin-duel-teklifine-qerbin-reaksiyasini-serh-edib-469552218.html
Rusiya XİN-in rəsmisi Putinin duel təklifinə Qərbin reaksiyasını şərh edib
Rusiya XİN-in rəsmisi Putinin duel təklifinə Qərbin reaksiyasını şərh edib
Sputnik Azərbaycan
Zaxarova, Rusiya liderinin "Oroşnik" ilə duel barədə dediklərindən sonra Qərbi düşünməyə çağırıb. 22.12.2024, Sputnik Azərbaycan
2024-12-22T21:12+0400
2024-12-22T21:12+0400
2024-12-22T22:40+0400
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rusiya
"oreşnik" ballistik raketi
rusiya
rusiya prezidenti vladimir putin
mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/10/469456457_0:0:3072:1728_1920x0_80_0_0_72f2ea2b5ba2471a5e8a4921a7954b45.jpg
BAKI, 22 dekabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında Rusiya prezidenti Vladimir Putinin "Oreşnik" və Qərbin hava hücumundan müdafiə sistemlərinin duelini keçirmək təkliflərinə Qərb ölkələri ictimaiyyətinin reaksiyasını şərh edib. O, Qərb ölkələri liderlərinin "Rusiya ərazisinin dərinliklərinə" zərbələrin endirilməsi ilə bağlı fikirlərinə xatırladıb və onların başqalarına təklif etdikləri şəraitdə yaşamağın necə bir şey olduğunu düşünməyə çağırıb: Xatırladaq ki, Rusiya prezidenti ilə birbaşa xətt dekabrın 19-da baş tutub. Tədbir zamanı dövlət başçısı Ukraynanın xarici tərəfdaşlarını məhvetmə hədəfini müəyyənləşdirməyə və bütün hava hücumundan müdafiə sistemlərini orada cəmləşdirməyə dəvət edib. Rusiya qoşunları da öz növbəsində "Oreşnik"in köməyi ilə hədəfə zərbə endirəcəklər. Onun sözlərinə görə, o zaman Qərb texnologiyasının Rusiya Federasiyasının ən son raket sisteminə müqavimət göstərməyə qadir olub-olmadığını öyrənmək mümkün olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/10/469456457_224:0:2955:2048_1920x0_80_0_0_d228d8bc0dfcd6a439d797605670fae9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, "oreşnik" ballistik raketi, rusiya, rusiya prezidenti vladimir putin, mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, "oreşnik" ballistik raketi, rusiya, rusiya prezidenti vladimir putin, mariya zaxarova
Rusiya XİN-in rəsmisi Putinin duel təklifinə Qərbin reaksiyasını şərh edib
21:12 22.12.2024 (Yenilənib: 22:40 22.12.2024) Zaxarova, Rusiya liderinin "Oroşnik" ilə duel barədə dediklərindən sonra Qərbi düşünməyə çağırıb.
BAKI, 22 dekabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında Rusiya prezidenti Vladimir Putinin "Oreşnik" və Qərbin hava hücumundan müdafiə sistemlərinin duelini keçirmək təkliflərinə Qərb ölkələri ictimaiyyətinin reaksiyasını şərh edib.
O, Qərb ölkələri liderlərinin "Rusiya ərazisinin dərinliklərinə" zərbələrin endirilməsi ilə bağlı fikirlərinə xatırladıb və onların başqalarına təklif etdikləri şəraitdə yaşamağın necə bir şey olduğunu düşünməyə çağırıb:
"Rusiyanı strateji məğlubiyyətə uğratmaq" ritorikası heç də hipotetik fərziyyə deyil. Bu, NATO üzvlərinin şüurunda kök salıb. Məhz bu doktrina üçün milyardlar ayrılır. Başqalarına təklif olunan şəraitdə yaşamağın necə bir şey olduğunu qoy düşünsünlər".
Xatırladaq ki, Rusiya prezidenti ilə birbaşa xətt dekabrın 19-da baş tutub.
Tədbir zamanı dövlət başçısı Ukraynanın xarici tərəfdaşlarını məhvetmə hədəfini müəyyənləşdirməyə və bütün hava hücumundan müdafiə sistemlərini orada cəmləşdirməyə dəvət edib. Rusiya qoşunları da öz növbəsində "Oreşnik"in köməyi ilə hədəfə zərbə endirəcəklər. Onun sözlərinə görə, o zaman Qərb texnologiyasının Rusiya Federasiyasının ən son raket sisteminə müqavimət göstərməyə qadir olub-olmadığını öyrənmək mümkün olacaq.