https://sputnik.az/20241222/putin-kazana-hucumla-bagli-dusmen-defelerle-boyuk-dagintilarla-uzlesecek-469575353.html
Putin Kazana hücumla bağlı: Düşmən dəfələrlə böyük dağıntılarla üzləşəcək
Putin Kazana hücumla bağlı: Düşmən dəfələrlə böyük dağıntılarla üzləşəcək
Sputnik Azərbaycan
Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Kazana hücumunu şərh edərkən deyib ki, cavabları daha böyük dağıntılarla müşayiət olunacaq. 22.12.2024, Sputnik Azərbaycan
2024-12-22T16:21+0400
2024-12-22T16:21+0400
2024-12-22T16:21+0400
rusiya
kazan
tatarıstan
rüstəm minnixanov, tatarıstanın rəhbəri
pua
ukrayna
putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/13/469528216_0:0:3144:1770_1920x0_80_0_0_2d8f89ceb3102e405e61741df96068ff.jpg
BAKI, 22 dekabr - Sputnik. Rusiya ərazisinə edilən hücumlara cavab olaraq düşmən dəfələrlə daha böyük dağıntı ilə üzləşəcək. Bunu Rusiya prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Kazana hücumunu şərh edərkən bildirib."Kim və nə qədər bizim ölkədə nəyisə məhv etməyə çalışsa, buna görə öz ölkəsində qat-qat böyük dağıntılarla üzləşəcək və ölkəmizdə etməyə çalışdığına da peşman olacaq” - Putin nəqliyyat infrastrukturu obyektlərinin açılış mərasimi zamanı Kazana hücumu şərh edərkən deyib.Xatırladaq ki, dekabrın 21-də səhər saatlarında Tatarıstanın (Rusiya) Kazan şəhərinin üç rayonuna pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib."Dekabrın 21-i səhər saatlarında Kazanda PUA-ların hücumu nəticəsində Sovet, Kirov və Privoljsk rayonlarındakı evlərdə yanğın baş verib", - məlumatda qeyd olunub.Kazandakı yaşayış binalarına PUA-larla törədilən hücum nəticəsinə ölən və ya yaralanan yoxdur.Tatarıstan rəisinin mətbuat xidməti bildirib ki, PUA hücumu səbəbindən Kazanda həyəcan siqnalı işə salınıb.Respublikanın rəisi Rüstəm Minnixanov isə bildirib ki, hadisədən sonra bütün sənaye müəssisələrinin işçiləri də təxliyə olunaraq müvəqqəti sığınacaqlarda yerləşdirilib.Məlumata görə, Tatarıstan hökumətinin qərarı ilə qarşıdakı iki gün ərzində respublika ərazisində bütün kütləvi tədbirlər ləğv olunub. Sözügedən addım təhlükəsizlik tədbirləri ilə əsaslandırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/13/469528216_157:0:2888:2048_1920x0_80_0_0_b59c46b48423879318be8a7a74d0163c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kazan, tatarıstan, rüstəm minnixanov, tatarıstanın rəhbəri , pua, ukrayna, putin, vladimir putin
kazan, tatarıstan, rüstəm minnixanov, tatarıstanın rəhbəri , pua, ukrayna, putin, vladimir putin
Putin Kazana hücumla bağlı: Düşmən dəfələrlə böyük dağıntılarla üzləşəcək
Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Kazana hücumunu şərh edərkən deyib ki, cavabları daha böyük dağıntılarla müşayiət olunacaq.
BAKI, 22 dekabr - Sputnik. Rusiya ərazisinə edilən hücumlara cavab olaraq düşmən dəfələrlə daha böyük dağıntı ilə üzləşəcək.
Bunu Rusiya prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Kazana hücumunu şərh edərkən bildirib.
"Kim və nə qədər bizim ölkədə nəyisə məhv etməyə çalışsa, buna görə öz ölkəsində qat-qat böyük dağıntılarla üzləşəcək və ölkəmizdə etməyə çalışdığına da peşman olacaq” - Putin nəqliyyat infrastrukturu obyektlərinin açılış mərasimi zamanı Kazana hücumu şərh edərkən deyib.
Xatırladaq ki, dekabrın 21-də səhər saatlarında Tatarıstanın (Rusiya) Kazan şəhərinin üç rayonuna pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.
"Dekabrın 21-i səhər saatlarında Kazanda PUA-ların hücumu nəticəsində Sovet, Kirov və Privoljsk rayonlarındakı evlərdə yanğın baş verib", - məlumatda qeyd olunub.
Kazandakı yaşayış binalarına PUA-larla törədilən hücum nəticəsinə ölən və ya yaralanan yoxdur.
Tatarıstan rəisinin mətbuat xidməti bildirib ki, PUA hücumu səbəbindən Kazanda həyəcan siqnalı işə salınıb.
Respublikanın rəisi Rüstəm Minnixanov isə bildirib ki, hadisədən sonra bütün sənaye müəssisələrinin işçiləri də təxliyə olunaraq müvəqqəti sığınacaqlarda yerləşdirilib.
Məlumata görə, Tatarıstan hökumətinin qərarı ilə qarşıdakı iki gün ərzində respublika ərazisində bütün kütləvi tədbirlər ləğv olunub. Sözügedən addım təhlükəsizlik tədbirləri ilə əsaslandırılıb.